Əsas Səhifə > Dünya > BAĞDADDA ÖLÜNÜ DƏ BASDIRMAQ OLMUR

BAĞDADDA ÖLÜNÜ DƏ BASDIRMAQ OLMUR


23-09-2013, 11:04
BAĞDADDA ÖLÜNÜ DƏ BASDIRMAQ OLMUR
Bağdadın əd-Durə rayonunda bazar ertəsi günü teror aktı 16 nəfərin həyatına son qoyub.

SalamNews-un “Suməriyyə”agentliyinə istinadla vediyi xəbərə görə, teror aktı bir intiharçının əza məclisinə daxil olaraq üzərindəki partlayıcıları işə salması ilə həyata keçirilib. Dünən axşam saatlarında törədilən teror aktında 16 nəfər həlak olub və daha 35 nəfər yaralanıb.

Kərkukda isə minalanmış maşının partladılması nəticəsində 2 polis işçisi həlak olub və 35 nəfər yaralanıb.

Şənbə günü baş verən teror aktları daha şiddətli olub. Təhlükəsizlik qüvvələri təkcə şənbə günü yüzdən artıq insanın həlak olduğunu bildirib.

Xatırladaq ki, 2013 ilin əvvəlindən etibarən İraqda teror aktları nəticəsində ölənlərin sayı 4500-ü keçib.

Geri qayıt