Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ƏN ÇOX HANSI İCRA BAŞÇISINDAN ŞİKAYƏT VAR?

ƏN ÇOX HANSI İCRA BAŞÇISINDAN ŞİKAYƏT VAR?


23-09-2013, 10:40
ƏN ÇOX HANSI İCRA BAŞÇISINDAN ŞİKAYƏT VAR?
Ölkədə ən çox şikayət edilən icra başçısı sırasına Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev başçılıq edir. Bu barədə TİA.AZ-a Prezident Admnistrasiyasındakı mənbələrdən məlumat daxil olub.

Həmin məlumatda deyilir ki, bu ilin ilk 6 ayı ərzində Admnistrasiyaya daxil olan şikayətləri araşdırarkən Mahir Quliyevin ən çox şikayət edilən icra başçısı olduğu müəyyənləşib. Məlumatda vurğulanır ki, rayonda sosial-iqtisadi və məmur özbaşınalığı ilə bağlı edilən şikayətlər üstünlük təşkil edib.

İkinci sırada isə Ağsu rayonun icra başçısı Ənvər Seyidəliyev qərarlaşıb. Belə ki, sözügedən icra başçısından şikayət edənlərin sayı ötən ilə nisbətən iki dəfə artıb.

Admnistrasiyadakı mənbə bildirib ki, seçkilərdən sonra ən çox şikayət edilən rayon icra başçıları ilə bağlı tədbir görüləcək. Onun bildirdiyinə görə, mümkündür ki, ilk sıraları tutan icra başçıları vəzifələrini itirsinlər.

Geri qayıt