Əsas Səhifə > Şou-biznes > TÜRKİYƏLİ MƏŞHURDAN AYSELƏ TƏRİF GƏLDİ

TÜRKİYƏLİ MƏŞHURDAN AYSELƏ TƏRİF GƏLDİ


23-09-2013, 10:30
TÜRKİYƏLİ MƏŞHURDAN AYSELƏ TƏRİF GƏLDİ
Türkiyəli şoumen Məhmətəli Ərbil İnstagram səhifəsində azərbaycanlı müğənni Aysel Əlizadə ilə iki fotosunu paylaşıb.

Axşam.az-ın məlumatına görə, şoumen şəkilə “Azərbaycanın ən gözəl səsi Aysel” sözlərini yazıb.

İfaçının Türkiyə səfərinin məqsədi isə yaradıcılıqla bağlı olub.
“Aysel Türkiyədən yeni qayıdıb. Klip çəkdirmək məqsədi ilə səfərdə olan sənətçi orada məşhur şoumen Məhmətəli Ərbillə də görüşüb. Aysel Türkiyədə bir neçə tanınmışla dost münasibətindədir. Bunlardan biri də Ərbildir. O, Ayseli azərbaycanlı sənətçi kimi tanıyır və bəyənir. Onların yeni bir layihədə birləşəcəkləri istisna edilmir” deyə sənətçinin mətbuat katibi əlavə edib.

Geri qayıt