Əsas Səhifə > Şou-biznes > ULVİRA FİKRİNİ DƏYİŞDİ

ULVİRA FİKRİNİ DƏYİŞDİ


17-01-2012, 13:16
ULVİRA FİKRİNİ DƏYİŞDİ

TELEAPARICI ƏRİNİN YANINDA OLMAQ QƏRARINI VERDİ

Teleaparıcı Ulvira Qarayeva həyat yoldaşı meyxanaçı Tərlan Dağlıdan (Musafayev) boşanmayacaq.

Bu haqda “Qafqazinfo”ya Tərlan Dağlının prodüseri Elçin Məmmədov məlumat verib. O deyib ki, Ulvira hazırda həyat yoldaşının yanındadır və ayrılmaq fikrini dəyişib.

E. Məmmədov onu da bildirib ki, T. Dağlı bir neçə gün əvvəl xəstəxanadan çıxarılsa da, vəziyyəti pisləşdiyindən yenidən xəstəxanaya yerləşdirilib. Prodüser T. Dağlının tikişlərinin söküldüyünü, buna görə də yaralarına ikiqat tikiş vurulduğunu bildirib.

Geri qayıt