Əsas Səhifə > Cəmiyyət > KARXANA QALMAQALI İLƏ BAĞLI 2 NƏFƏR HƏBS EDİLİB
KARXANA QALMAQALI İLƏ BAĞLI 2 NƏFƏR HƏBS EDİLİB17-01-2012, 12:46 |
DAHA KİMLƏR HƏBS OLUNACAQ? Azərbaycan paytaxtında daş karxanasında fəhlələr arasında düşən dava ilə bağlı iki nəfər həbs edilib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata görə, dünən Bakının Qaradağ rayonunda yerləşən daş karxanasında işləyən iki fəhləyə xəsarət yetirməkdə təqsirli bilinənlər - Bakı şəhər sakinləri Cəlal Salahov və onun qardaşı İlahəddin tutularaq istintaqa təhvil veriliblər. Qeyd edək ki, məlum hadisə dünən Qaradağ rayonunda yerləşən “Şah qaya” daş karxanasında qeydə alınıb. Orada işləyən iki fəhlə müxtəlif xəsarətlərlə xəstəxanaya gətirilib. Müayinə zamanı onlardan 32 yaşlı Nazim Həsənovun bıçaq xəsarəti aldığı, 29 yaşlı Elməddin Həsənovun isə döyüldüyü məlum olub. Hər iki yaralının vəziyyəti orta ağır qiymətləndirilir. Xəstəxanadan bildirilib ki, yaralıların dediyinə görə, onlar daş karxanasında fəhlələr arasında düşən davada xəsarət alıblar. Geri qayıt |