Əsas Səhifə > Ölkə, Manşet > ELDAR HƏSƏNOVUN STATUSU LƏĞV EDİLİR - ŞOK

ELDAR HƏSƏNOVUN STATUSU LƏĞV EDİLİR - ŞOK


20-09-2013, 15:38
ELDAR HƏSƏNOVUN STATUSU LƏĞV EDİLİR - ŞOK
KEÇMİŞ BAŞ PROKUROR TƏHLÜKƏDƏ

DİA.AZ: - Hazırda ölkəmizi Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinada təmsil edən keçmiş baş prokuror Eldar Həsənovla bağlı redaksiyamıza ilginc məlumat daxil olub.

DİA.AZ-a bu barədə danışan məlumatlı mənbə iddia edir ki, Eldar Həsənovla bağlı hüquqi araşdırmalara rəsmən start verilə bilər. Xatırladaq ki, bir müddət əvvəl mətbuatda Eldar Həsənovun ilginc bir dövlət çevrilişi planında iştirak etməsilə bağlı məlumatlar yayıldı. Doğrudur, keçmiş baş prokuror bu məlumatlara reaksiya versə də, onun verdiyi açıqlama izahatdan daha çox, ifşaya etiraz mahiyyəti daşıyırdı ki, bununla da Eldar Həsənov özünü daha da çətin vəziyyətə salmış oldu.

Məlumatlı mənbə DİA.AZ-a açıqlamasında bildirir ki, yaxın günlərdə Eldar Həsənovun diplomatik missiyasının ləğvi ilə bağlı rəsmi qərar elan olunacaq: «Artıq bununla bağlı tədarük görülür».

Qeyd edək ki, belə bir qərarın elanının hansı nəticələrə gətirib çıxaracağını təxmin etmək o qədər də çətin deyil. Bu barədə danışan mənbəmiz isə bildirir ki, Eldar Həsənovu bundan sonra müəmmalı aqibət gözləyir: «Bu aqibətin necəliyi daha çox hadisələrin inkişaf axarından asılıdır».

Geri qayıt