Əsas Səhifə > Hadisə > XƏLƏC TÜRMƏSİNİN RƏİSİ TUTULDU

XƏLƏC TÜRMƏSİNİN RƏİSİ TUTULDU


17-01-2012, 12:22
XƏLƏC TÜRMƏSİNİN RƏİSİ TUTULDU

FAİQ GÜLƏLİYEV DƏLƏDUZLUQLA 300 MİN MANAT MƏNİMSƏYİB

Dünən Bakının Mərdəkan qəsəbəsindəki bağ evlərindən birində Xələcdəki 5 saylı cəzaçəkmə müəssisəsinin keçmiş rəisi Faiq Güləliyev tutulub.

Əməliyyatı Salyan Polis Şöbəsinin əməkdaşları həyata keçirib. Bu barədə qəzetimizə açıqlama verən “Demokratiyaya Yardım” İctimai Birliyinin sədri Emil Məmmədov deyib ki, F.Güləliyev barədə ötən ilin noyabrın 4-də Yenikənd kənd sakini Xalidə Zeynalovanın şikayəti əsasında cinayət işi başlanıb.

“Bu qadından Faiq Güləliyev 6 min manat alaraq onu aldadıb. Cinayət işi başlandıqdan sonra keçmiş rəis qaçaraq gizlənib. Faiq Güləliyev rəis işlədiyi dövrdə ayrı-ayrı vətəndaşlardan aldatma yolu ilə 300 min manata yaxın pul alaraq mənimsəyib. Faiq Güləliyevin qurbanları siyahısında məhbuslar, həbsxana işçiləri və yerli sakinlər var. Rəis əsasən iş düzəltmək adı ilə qurbanlarını aldadıb”.

Salyan RPŞ-dən faktı təsdiq edərək faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda mənimsəməklə dələduzluq etmə) maddəsi ilə cinayət işi başlanıb.


Geri qayıt