Əsas Səhifə > Hadisə > BAKI YAXINLIĞINDA HƏRBİ AVTOBUS QƏZAYA UĞRADI

BAKI YAXINLIĞINDA HƏRBİ AVTOBUS QƏZAYA UĞRADI


20-09-2013, 11:01
BAKI YAXINLIĞINDA HƏRBİ AVTOBUS QƏZAYA UĞRADI
Sentyabrın 19-da Bakı şəhərinin Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Puta qəsəbəsi ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus “KAVZ 685” markalı hərbi sərnişin avtobusu ilə “İJ” markalı motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü 1982-ci il təvəllüdlü Vadim İsmayılov ağır bədən xəsarətləri alıb və Kliniki Tibbi Mərkəzə gətirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar aparılır.

Geri qayıt