Əsas Səhifə > Dünya > AMERİKADA DAHA BİR MÜƏMMALI ATIŞMA

AMERİKADA DAHA BİR MÜƏMMALI ATIŞMA


20-09-2013, 10:30
AMERİKADA DAHA BİR MÜƏMMALI ATIŞMA
Bu gün səhər saatlarında ABŞ-ın Çikaqo ştatının cənub-qərbində yerləşən parklardan birində odlu silahlardan atışma baş verib. Nəticədə biri uşaq olmaqla on bir nəfər xəsarət alıb, - “RİA Novosti”.

Xəsarət alanların bəzilərinin vəziyyəti ağır olsa da, xoşbəxtlikdən həlak olan olmayıb. Hadisə yerinə dərhal təcili yardım qrupları gəlib. Onlar xəsarət alanları yaxınlıqdakı xəstəxanalara çatdırıb. Xəsarət alanların hansı vəziyyətdə olmaları məlum deyil.

Hələlik Çikaqoda baş vermiş atışmanın təfərrüatları barədə heç bir məlumat verilmir. Atəş açan şəxsin və ya şəxslərin kimliyi də müəyyənləşməyib.

Geri qayıt