Əsas Səhifə > Dünya > "GƏZİ PARKI" BƏHANƏSİ ANARXİSTLƏRƏ FÜRSƏT OLDU

"GƏZİ PARKI" BƏHANƏSİ ANARXİSTLƏRƏ FÜRSƏT OLDU


20-09-2013, 10:25
"GƏZİ PARKI" BƏHANƏSİ ANARXİSTLƏRƏ FÜRSƏT OLDU
Istanbulda yenə ara qarışdı. ANS PRESS-in Türkiyə mətbuatına istinadən məlumatına görə, axşam saatlarında yüzlərlə şəxs “Gezi Park”a toplaşaraq etirazları davam etmək istəyib.

Polisin etirazçıları dağıtmaq cəhdi toqquşmalarla müşayiət olunub. Üzlərinə maska vurmuş şəxslər barrikadalar quraraq, polisə daş-kəsək, “molotof kokteyli” atmağa başlayıb.

Polis etirazçılara qarşı qaz bombalarından istifadə edib. 2 saata yaxın davam edən toqquşmalarda polis zirehli və su vuran maşınlardan istifadə ermək məcbüriyyətində qalıb. Hazırda İstanbul polisi gücləndirilmiş iş rejimində çalışır .

Geri qayıt