Əsas Səhifə > Şou-biznes > ELZA BU DƏFƏ BÖCƏK OLDU

ELZA BU DƏFƏ BÖCƏK OLDU


20-09-2013, 08:58
ELZA BU DƏFƏ BÖCƏK OLDU
BƏSTƏKAR-MÜĞƏNNİ "UĞURA DOĞRU" ADDIMLADI

Əməkdar artist Elza Seyidcahanın “Uğura doğru” adlı konserti baş tutub.

Axşam.az-ın məlumatına görə, dənizkənarı istirahət mərkəzlərindən birində gerçəkləşən gecədə müğənni hər zaman olduğu kimi yenə də geyimi ilə fərqlənməyi bacarıb. Konsert haqqında məlumat verən əməkdar artist tədbirin 9 oktyabr Prezident seçkilərinə həsr olunduğunu deyib və hər kəsi həmin gün seçkilərdə iştirak etməyə çağırıb. Konsertdə sənətçi dostları da müğənnini tək qoymayıb. Elza Seyidcahanı dinləməyə gələnlər arasında xalq artisti Niyaməddin Musayev, Şeyx Əbdül, əməkdar artist Firuzə İbadova, Gülyanaq Məmmədova, müğənni Kərim Abbasov, Roza Zərgərli, yumor ustası Fərda Xudaverdiyev və başqaları olub.

Xatırladaq ki, müğənni gecəyə dəvət etdiyi hər kəsdən xallı paltar geyinməyi xahiş etmişdi.



Geri qayıt