Əsas Səhifə > Cəmiyyət, Manşet > MƏHƏRRƏM ƏLİYEV BİR NEÇƏ DƏFƏ İSTEFA VERİB...

MƏHƏRRƏM ƏLİYEV BİR NEÇƏ DƏFƏ İSTEFA VERİB...


19-09-2013, 15:12
MƏHƏRRƏM ƏLİYEV BİR NEÇƏ DƏFƏ İSTEFA VERİB...
KEÇMİŞ «QOROTDEL» RƏİSİ YORULUB

DİA.AZ: - Tacikistan sürgünün ardından müəyyən müddətə işsiz qalan, sonradan Prezident Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilən general-leytenant Məhərrəm Əliyev son günlərdə işə böyük fasilələrlə gəlir. Xatırladaq ki, Məhərrəm Əliyevin özünü yeni postunda diskomfort hiss etməsilə bağlı hələ xeyli əvvəldən məlumat vermişdik.

DİA.AZ-a ötürülən informasiyalardan aydın olur ki, PA rəhbərliyi üçün arzuolunmaz şəxs hesab olunan Məhərrəm Əliyev hələ də yeni görəvində uğurlu nəyəsə nail ola bilməyib: «Nəinki nail ola bilməyib, ümumiyyətlə, onun səlahiyyətlərinin nədən ibarət olması barədə dəqiq konturlar mövcud deyil. Elə buna görə də Məhərrəm Əliyevə yalnız müvafiq olaraq PA-ya ünvanlanan vətəndaş şikayətlərinin araşdırılması tapşırığı verilir. Bir növ məktublar şöbəsinin bir strukturunun rəhbəri kimi Məhərrəm Əliyevə yanaşılır».

Təbii ki, general-leytenantın mövcud mənzərə ilə barışmadığını bildirən mənbəmiz onun yeni işinə davamiyyət baxımından etinasız yanaşmasının nədəni kimi də qeyd olunan məqamı göstərməkdədir.

Məlumatlara görə, artıq PA-da işləmək istəməməsi barədə Məhərrəm Əliyev yaxınlarına da fikrini bölüşüb: «Amma ona himayədarları bildirib ki, seçkidən sonraa qədər səbr etməlidir».

Nə üçün? - Bunu artıq zaman göstərəcək…

Geri qayıt