Əsas Səhifə > Dünya > BERLUSKONİNİN "KİTABI BAĞLANIR"...

BERLUSKONİNİN "KİTABI BAĞLANIR"...


19-09-2013, 10:56
BERLUSKONİNİN "KİTABI BAĞLANIR"...
FaktXəbər-in verdiyi məlumata görə, İtaliyanın sabiq baş naziri Silvio Berluskoninin Senatdan çıxarılması ilə bağlı ilkin səsvermə keçirilib. Parlametin yuxarı palatasında keçirilən səsvermə zamanı 15 komissiya üzvü Silvio Berluskoninin Senatdan çıxarılmasına, biri isə bunun əleyhinə səs verib. Sabiq baş nazirin tərəfdarı olan 8 komisiya üzvü isə səsverməni boykot ediblər.

Qeyd edək ki, Berluskoninin mandatının ləğv edilməsi 1 avqust tarixində onun barəsində 4 il həbs cəzası təyin olunduqdan sonra gündəmə gətirilib. Sabiq hökumət rəhbəri oktyabr ayından etibarən barəsində təyin olunan cəzanı ya ev dustaqlığı, ya da sosial fonda pul verməklə çəkməyə başlayacaq. Silvio Berluskonin Senatdan çıxarılması ilə bağlı yekun qərar isə bütün parlamentarilərin səsvermədə iştriakından sonra baş tutacaq.

Geri qayıt