Əsas Səhifə > Sosial, Manşet > «AZERCELL»Ə YENİ QADAĞA QOYULA BİLƏR

«AZERCELL»Ə YENİ QADAĞA QOYULA BİLƏR


16-01-2012, 14:59
«AZERCELL»Ə YENİ QADAĞA QOYULA BİLƏR

MOBİL OPERATORUN «GİZLƏTCEL»İ NAZİRLİKDƏ MÜZAKİRƏ OLUNUB

DİA.AZ: - Bir müddət əvvəl Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov jurnalistlərlə söhbətində bildirmişdi ki, mobil operatorlardan gizli zəngin edilməsi imkanı abunəçilərdə böyük narazılıqlara səbəb olub. Nazir bununla bağlı RİTN-ə xeyli sayda şikayət dolu müraciətlərin edildiyini də etiraf etmişdi və qeyd etmişdi ki, zəng edərkən nömrənin gizlədilməsi yığışdırıla bilər və bununla bağlı mobil operatorlarla danışıqlar aparılır.

Qeyd edək ki, sözügedən mövzu ilə əlaqəlar «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) çox ilginc məlumat daxil olub. RİRTN-dəki qaynaqların bildirdiyinə görə, nazirlik təxminən 3 aydır ki, sözügedən problemin həlli yönündə çabalar sərf etsə də, yenə də ölkənin ən böyük mobil operatoru olan «Azercell» pozucu mövqedə dayanır.

Bu barədə mötəbər mənbənin söylədikləri: «Həm «Bakcell» və həm də «NAR» şirkətləri öz abunəçilərinin gizli nömrədən zəng etmə imkanlarının məhdudlaşdırmasına razılıq veriblər. Amma «Azercell» rəhbərliyi neçə müddətdir, RİTN-ə cavab vermir və əgər məsələ bu şəkildə davam edərsə, RİTN tərəfindən «Azercell»ə qarşı bir sıra qadağalar tətbiq oluna bilər».

Həmin qadağaların nədən ibarət olacağı haqda mənbəmiz heç bir bilgi verməsə də, yalnız bunları söylədi: «Ümumiyyətlə, «Azercell» bir çox məsələlərdə şıltaqlıq nümayiş etdirir. Dövlətlə şıltaqlıq, ərköyünlük etmək olmaz».

Onu da qeyd edək ki, «Azercell» bu günlərdə «Bakcell»lə də problemlər yaşamışdı və hətta RİTN-nin müdaxiləsi belə bu şirkəti haqsız mövqedən çəkinməyə vadar edə bilmirdi. İndi isə yenə də ən böyük mobil operatorun adı qalmaqalda hallandırılır.


Geri qayıt