Əsas Səhifə > Ölkə, Manşet > NAMİZƏD RÖVNƏQ ABDULLAYEVƏ ŞOK TƏKLİF ETDİ

NAMİZƏD RÖVNƏQ ABDULLAYEVƏ ŞOK TƏKLİF ETDİ


18-09-2013, 14:40
NAMİZƏD RÖVNƏQ ABDULLAYEVƏ ŞOK TƏKLİF ETDİ
ARDNŞ ŞEFİ FİKİRLƏŞƏCƏK…

DİA.AZ: - Redaksiyamıza qarşıdan gələn prezident seçkilərilə bağlı ilginc məlumat daxil olub. Mötəbər mənbənin DİA.AZ-a bildirdiyinə görə, prezidentliyə namizədliyi qedə alınmış iddialılardan biri bu günlərdə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayvlə görüşüb.

Mənbə iddia edir ki, bu maraqlı görüş prezidentliyə namizədin təşəbbüsü ilə baş tutub: «Görüşdə prezidentliyə iddia edən şəxs ARDNŞ şefindən açıq şəkildə təbliğat kampaniyasını aparması üçün maddi dəstək istəyib».

Mənbə bildirir ki, bu şok addımı ilə iddialı Rövnəq Abdullayevi təəccübləndirib və hətta ondan hansı məbləğdə pulu istədiyini belə soruşmadan, bu barədə fikirləşməsi üçün vaxt istəyib. Hər halda, Rövnəq Abdullayevin «fikirləşmək» adı altında kimlərdənsə məsləhət alacağı aydındır. Amma bir maraqlı məqam da var ki, namizədliyini irəli sürmüş şəxs nədən belə bir addımı atıb…

Onu da bildirək ki, həmin şəxsin kimliyi DİA.AZ-a məlum olsa da, bu barədə müəyyən etik normaları nəzərə alaraq, dolğun bilgiləri özümüzdə saxlama qərarını veririk.

Geri qayıt