Əsas Səhifə > Siyasət, Manşet > DÜNƏNKİ HƏBS ELDAR HƏSƏNOVU DA NARAHAT EDİB

DÜNƏNKİ HƏBS ELDAR HƏSƏNOVU DA NARAHAT EDİB


18-09-2013, 12:18
DÜNƏNKİ HƏBS ELDAR HƏSƏNOVU DA NARAHAT EDİB
BU İŞDƏ «AZƏRYOLSERVİS» ASC-NİN PREZİDENTİNİN DƏ ADI HALLANDIRILIR

DİA.AZ: - Məlum olduğu kimi, «Bizim Yol» qəzetinin əməkdaşı, «moderator.az» portalının baş redaktoru Pərviz Həşimli qanunsuz silah gəzdirmə və qaçaqmalçılıq ittihamları ilə dünən həbs edilib. Hələlik bu barədə dolğun rəsmi informasiyalar olmadığından yalnız ehtimallar və ağızdan eşidilən informasiyalarla cəmiyyət bilgiləndirilməkdədir.

Bildirək ki, bununla bağlı DİA.AZ-a da maraqlı məlumatlar ötürülüb. İnformasiyalı çevrələrdən sızan bilgiyə görə, Pərviz Həşimlinin həbsi əslində hakimiyyət daxilindəki gərginliyin nəticəsidir.

Bu barədə danışan qaynağa görə, «Azəryolservis» ASC-nin prezidenti Cavid Qurbanovla yaxın münasibətlərdə olan Pərviz Həşimli eyni dərəcədə keçmiş baş prokuror Eldar Həsənovla da sıcaq ilişgilərə malik olub. Mənbə iddia edir ki, məhz bu səbəbdən sözügedən həbsi təsadüfi adlandırmaq olmaz.

Mənbənin söylədikləri: «Eldar Həsənovun adı dövlət çevrilişinə cəhddə hallandırılıb. Bu işdə Akif Muradverdiyevin də iştirakının olduğu iddia edilib. İndi isə sıra daha da genişlənə bilər və həbsin Eldar Həsənovla əlaqələndiriləcəyi və yaxud da bu əlaqələr üzündən baş tutduğu heç şübhəsizdir».

Mənbəmiz maraqlı bir məqama da toxundu: «Eldar Həsənov artıq Azərbaycana dönməmə barədə qərar verib. Ola bilsin ki, o, ABŞ-a və yaxud da rəsmi Bakı ilə münasibətləri pis olan hər hansı Avropa ölkələrindən birinə sığınsın».

Geri qayıt