Əsas Səhifə > Güney Press, Üçüncü sektor > VƏTƏNDAŞIN TORPAQ HAQQINI BELƏ YEYİRLƏR

VƏTƏNDAŞIN TORPAQ HAQQINI BELƏ YEYİRLƏR


18-09-2013, 11:51
VƏTƏNDAŞIN TORPAQ HAQQINI BELƏ YEYİRLƏR
Bolgexeber.com-un redaksiyasına İmişli rayonunun Bəhramtəpə qəsəbəsinin sakini Hüseynov Əbülfət Ağa oğlu tərəfindən şikayət məktubu daxil olmuşdur.Məktubda İmişli məmurlarının vətəndaşların istifadəsində olan torpaqları qanunsuz yolla onların əllərindən alıb ,onlardan xəbərsiz qəsəbədə yaşamayan başqa sahibkarlara satmasından və İmişli icra hakimiyyətinin bu məsələdə qanunsuz iş görən məmurların tərəfində olmasından şikayət edilir.
Həmin məktubu olduğu kimi oxuculara təqdim edirik:

“Artıq 7 ildir ki, Bəhramtəpə bələdiyyəsinin sədri İman İbrahimov ,rayon Torpaq Şöbəsinin müdiri Vüqar Məmmədovla əlbir olub icarə müqaviləsi əsasında bizim istifadə etdiyimiz 5 hektar qışlaq və otlaq torpaq sahəsini saxta alqı-satqı sənədi əsasında qanunsuz yolla başqa vətəndaşa satıblar.Dövlət balansında olan qışlaq və otlaq sahəsi, qanunla alqı-satqı predmeti ola bilməz.Ən azından bu torpaqlar ilk növbədə onu istifadə edənlərə təklif olunmalıdır.

Ancaq bələdiyyə sədrinin və Torpaq Şöbəsinin müdirinin bu əməliyyatı nəticəsində bizim ailə son ümid yeri olan və dolanışıq yeri sayılan bu torpaqdan məhrum olub ki, bu da maddi vəziyyətimizin həddindən artıq pis duruma düşməsinə səbəb olub. Bundan başqa bizim ailəmizə 2-ci qrup pay torpaqlarının da başqalarına satılması ailə üzvlərimizin sağlamlığına çox mənfi təsir etmişdir.Belə ki, üzləşdiyimiz ədalətsizlikdən atam böyük sarsıntı keçirmiş və ağır xəstəliyə dücar olmuşdur. Bələdiyyə sədri və Torpaq Şöbəsinin müdiri ,qəsəbəyə məxsus pay torpaqlarının təyinatını dəyişdirərək ,bizim istifadə etdiyimiz böyük pay və otlaq sahələrini qeyri-qanuni olaraq qəsəbə sakini olmayan vətəndaşlara satmışdırlar.Qəsəbədə, Araz çayı sahilində yaşayanlara mal-qara üçün ayrılmış örüş sahəsi qum-çınqıl karxanasına çevrilmiş və qanunsuz istifadə predmetinə çevrilmişdir.

Bu 7 ildə yüzlərlə şikayətimiz cavabsız qalmış və hətta mən öz hüquqlarımı təmin etmək üçün apardığım mübarizə nəticəsində dəfələrlə təhdid edilmişəm.Rayon icra hakimiyyəti isə bizim çoxsaylı müraciətlərə nəinki cavab vermiş,problemimizlə maraqlanmış , əksinə qanunu pozan məmurları müdafiə etmişdir.Odur ki,xahiş edirəm bizim ailənin başına gətirilən bu müsibəti mətbu orqanınız vasitəsilə işıqlandırıb ictimaiyyətin diqqətinə çatdırasınız və qanunsuz iş görən bələdiyyə sədri İman İbrahimov ilə Torpaq Şöbəsinin müdiri Vüqar Məmmədovun əməlini müvafiq dövlət qurumlarının rəhbərlərinin nəzərinə çatdırılmasına yardımçı olasınız”

Sonda Hüseynov Əbülfətin bizə göndərdiyi , onun ailəsinin istifadəsində olan torpaq sahəsinin qanunsuz alqı-satqısının əks olunduğu sənədin fotosurətini təqdim edirik ki, qoy əlaqədar qurumlar məsələ ilə bağlı tez bir zamanda bir tədbir görsünlər.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.


VƏTƏNDAŞIN TORPAQ HAQQINI BELƏ YEYİRLƏR
VƏTƏNDAŞIN TORPAQ HAQQINI BELƏ YEYİRLƏR

Geri qayıt