Əsas Səhifə > Gündəm, Manşet > MİKAYIL CABBAROV ÜÇÜN «ƏCƏL ZƏNGİ» XƏBƏRDARLIĞI

MİKAYIL CABBAROV ÜÇÜN «ƏCƏL ZƏNGİ» XƏBƏRDARLIĞI


18-09-2013, 11:44
MİKAYIL CABBAROV ÜÇÜN «ƏCƏL ZƏNGİ» XƏBƏRDARLIĞI
PREZİDENT YENİ TƏHSİL NAZİRİNİ SEÇKİDƏN SONRA TƏSDİQLƏMƏYƏ BİLƏR

DİA.AZ: - «Təhsil Naziri Mikayıl Cabbarov kadr islahatlarını bundan sonra da davam etdirəcək». Bu sözləri DİA.AZ-a bildirən hökumət içindəki mötəbər mənbə iddia edir ki, hələ sürpriz gedişlər irəlidədir.

Mənbənin bildirdiyinə görə, Mikayıl Cabbarov davamlı şəkildə basqılar altında olsa da, zəruri kadr islahatları qaçılmazdır: «Hələ də nazirlikdə dərslik siyasəti ənənəvi qüvvələrin əlindədir. Yəni bir mafiya tərəfindən Mikayıl Cabbarov çəmbərə alınıb. Və görünəni odur ki, onlar nazirə yetərincə təsir edə bilirlər».

Mənbə iddia edir ki, son günlər təhsil nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası arasında yenidən alovlanan intriqa da məhz köhnə qüvvələrin iştirakı ilə cərəyan etməkdədir: «Onlar nəhayətdə Mikayıl Cabbarovu da TQDK rəhbərliyinə qarşı yönəldə bildilər. Hər halda, burada təhsilə ayrılan pullar uğrunda gedən savaşdan daanışmaq olar. Görünür yeni nazir gənc olmasına baxmayaraq, həmin maraq dairəsində konkret tərəfə çevrilməkdədir».

Lakin bu halda belə Mikayıl Cabbarovun gec-tez sözügedən şəbəkədən yaxa qurtarmalı olduğunu söyləyən mənbəmiz maraqlı bir faktı da açıqladı: «Mikayıl Cabbarova konkret missiya həvalə olunub. Və o, bu işi başa çatdırmalıdır. Əks halda, onu da Misir Mərdanovun aqibəti gözləyə bilər. Ən azından unutmalı deyil ki, prezident seçkilərindən sonra İlham Əliyev yenidən Nazirlər Kabinetinin tərkibini təsdiqləyəcək. Və bu zaman hətta kimsənin yeni vəzifədə olması belə nəzərə alınmaya bilər».

Geri qayıt