Əsas Səhifə > Şou-biznes > MODELİMİZDƏN QƏRİBƏ TÖVR

MODELİMİZDƏN QƏRİBƏ TÖVR


16-01-2012, 13:09
MODELİMİZDƏN QƏRİBƏ TÖVR

GÜNAY MUSAYEVA ƏRİNİN KEÇMİŞ SEVGİLİSİ İLƏ RƏFİQƏ OLDU

Türkiyəli aktyor Tolqa Karellə evlənən azərbaycanlı model Günay Musayeva ərinin keçmiş sevgilisi Öykü Çeliklə rəfiqəlik etməyə başlayıb.

Məlumata görə, Günay Musayeva və Öykü Çelik ötən gecə birlikdə əyləniblər. Onlar əyləndikləri məkandan qol-qola çıxıblar.

"Öykü ilə aramızdakı buzlar əridi. Çox yaxşı anlaşırıq. Bundan sonra bizi tez-tez birlikdə görəcəksiniz", - Gunay Musayeva deyib.

Yeri gəlmişkən, jurnalistlər beş aydır hamilə olan Günay Musayevanın qarnının hiss olunmamasına da diqqət yetiriblər.


Geri qayıt