Əsas Səhifə > Ölkə > AXCP ÜZVLƏRİNƏ XƏBƏRDARLIQ EDİLDİ
AXCP ÜZVLƏRİNƏ XƏBƏRDARLIQ EDİLDİ16-01-2012, 13:00 |
PROSESDƏ ŞAHİD QİSMİNDƏ 2 POLİS, 1 MÜLKİ ŞƏXS DİNDİRİLİB Yanvarın 15-də Sumqayıtda partiya toplantısı keçirmək istəyərkən polislə yaanmış insidentlə bağlı keçirilən məhkəmə prosesi başa çatıb. “Qafqazinfo”nun məlumatına görə, AXCP sədrinin müavini Asəf Quliyev, partiyanın Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, partiya fəalları Elçin Həsənov, Ağaşirin Tanrıverdioğlu və yerli QHT təmsilçisi Elçin Məmmədliyə məhkəmə qərarı ilə xəbərdarlıq edlib. Qeyd edək ki, prosesə hakim İlyas Mahmudov sədrlik edib. Prosesdə şahid qismində 2 polis, 1 mülki şəxs dindirilib. Şahidlər iddia ediblər ki, AXCP üzvləri maşın yolunu bağlayıblar və hərəkətə mane olublar. Prosesi izləmək üçün ABŞ səfirinin siyasi məsələlər üzrə müşaviri Bricet Bushet və Britaniya səfirliyinin nümayəndəsi də məhkəmə prosesində iştirak edib. Geri qayıt |