Əsas Səhifə > Ölkə, Manşet > RAMİZ MEHDİYEV ESTAFETİ YAP-ÇILARA VERİR

RAMİZ MEHDİYEV ESTAFETİ YAP-ÇILARA VERİR


17-09-2013, 15:27
RAMİZ MEHDİYEV ESTAFETİ YAP-ÇILARA VERİR
BU DA FƏSADLARLA MÜŞAHİDƏ OLUNMAQDADIR

DİA.AZ: - «Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin köşəyə çəkilməsi hakim düşərgə üçün bir sıra arzuolunmaz situasiyalara nədən olmaqdadır». Bu şok iddia iqtidara aid çevrələr tərəfindən DİA.AZ-a ötürülüb. Bilgili qaynağın sözlərinə görə, Ramiz Mehdiyev bu gün prezident seçkilərində favorit qüvvə hesab olunmur və ümumiyyətlə, proseslərdən kənara çəkilib.

Mənbənin söylədikləri: «Təbii ki, davamlı şəkildə edilən hücumlar PA şefinin mövqelərini silkələməli idi. Artıq nəticəsi var. Ramiz Mehdiyev builki prezident seçkilərinə nəzarət məsələsində favorit deyil. Doğrudur, ənənəvi mexanizma fəaliyyətdə olsa da, Ramiz Mehdiyevin proseslərdə iştirakı demək olar ki, minimum həddə endirilib. Amma bunun öz fəsadları da var».

Mənbənin sözlərinə görə, Mehdiyevin ənənəvi şəbəkəsinin əvəzinə YAP-ın xəttinə güc ayrılıb: «Təbbi ki, illərdir YAP demək olar ki, proseslərin dışında qaldığından müəyyən axsamalar var. Əgər Ramiz Mehdiyevin diqtəedici tərəf olduğu dönəmlərdə YAP-çılar əhəmiyyətli fiqur hesab olunmurdularsa, YAP-ın da tədbirləri daha çox formal xarakter daşyırdısa, artıq bütün səlahiyyətlər YAP-a verilib. Və hətta az qala yerli icra strukturları da YAP-ın nəzarətinə keçib».

Mənbəmiz bildirir ki, bu da Ramiz Mehdiyevdən qalma mexanizmanın işləməsində problemlərin yaranması ilə müşaiyət olunur: «Məsələn, əvvəlki qaydalara uyğun işləməyə alışmış icra başçıları bu gün yerlərdə YAP sədrlərini dinləmək istəmirlər. Buna görə də Bakının operativ qaydada müdaxiləsi zərurəti yaranır. Və bu zəruri hallar intensivləşməkdə, miqyas baxımından genişlənməkdədir».

Geri qayıt