Əsas Səhifə > Sosial, Manşet > MİLLİ ŞURANIN «VAHİD NAMİZƏDİ» BARƏDƏ ŞOK FAKT

MİLLİ ŞURANIN «VAHİD NAMİZƏDİ» BARƏDƏ ŞOK FAKT


17-09-2013, 00:38
MİLLİ ŞURANIN «VAHİD NAMİZƏDİ» BARƏDƏ ŞOK FAKT
RÜSTƏM İBRAHİMBƏYOV QABAQCADAN ALƏT OLDUĞUNDAN MƏLUMATLI İMİŞ

DİA.AZ: - Müxalifətin son günlərə qədər bəh-bəhlə öydüyü və hətta əleyhinə bir cümləlik reallığın söylənildiyi zaman qılıncla qarşıladığı tanınmış kinorejiisor Rüstəm İbrahimbəyov özünün son açıqlamaları və bu açıqlamalara verdiyi təkziblə həm Milli Şura ideyasının məğlubiyyətini qarantiləmiş oldu və həm də ideyanın arxasında Kremlin dayandığını tam olaraq sübutladı.

Xatırladaq ki, bir neçə gün əvvəl Rüstəm İbrahimbəyovun hakimiyyətlə gizli danışıqlara getməsi barədə məlumatlar yayıldı. Doğrudur, bu fakt da süngü ilə qarşılandı və hətta hakimiyyət mətbəxində hazırlanmış bir antitəbliğat kampaniyasının təzahürü kimi qələmə verildi.

Lakin vəziyyətin tamamən fərqli olduğu çox keçmədi ki, üzə çıxdı. Bunu isə bir kimsə yox, «məni məcbur elədilər» ifadəsi ilə Rüstəm İbrahimbəyovun özü ifşa etmiş oldu. Doğrudur, bu ifadəsini Milli Şuranın hələ də «vahid namizədi» statusunda olan Rüstəm İbrahimbəyov təkzib etdi. Amma yenə də ortaya fakt qoyuldu və aydın oldu ki, Rüstəm İbrahimbəyov sadəcə olaraq yalan danışır.

DİA.AZ-a Rusiyadakı soydaşlarımız tərəfindən verilən məlumatlar isə Milli Şura sədrinin daha bir yalanını ifşa edir. Redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, tanınmış kinorejissor əvvəlindən yaxşı bilirmiş ki, o, «vahid namizəd» kimi seçkilərə qatılmayacaq.

Mənbənin söylədikləri: «Bunu bu günlərdə Putinin nümayəndəsi kimi ortada meydan sulayan Söyün Sadıxov bir neçə azərbaycanlı iş adamının da iştirakçısı olduğu məclisdə etiraf edib. Söyün Sadıxov təəssüflə bildirib ki, Kreml Azərbaycanda dövlət çevrilişi ideyasından vaz keçdi».

Mənbə bu arada ilginc faktları da açıqlayıb: «Söyün Sadıxov bildirib ki, əslində Kremlin niyyəti Abbas Abbasovu Azərbaycanda prezident etmək olub. Buna müxalifətin manne olmaması üçün milyonlarla pul ayrıldı və Milli Şura yaradıldı. Müxalifət burada toparlandı. Rüstəm İbrahimbəyov artıq «QRU» agenti olduğu tam olaraq ifşa edilmiş Rəsul Quliyevin, Rusiya ilə mübhəm bağları qalmaqda olan Lalə Şövkət Hacıyevanın və yetərincə qaranlıq fiqur hesab olunan Rusiya yanlısı Eldar Namazovun təklifi və təzyiqi ilə onsuz da birləşə bilməyən müxalifətin «vahid namizədi» oldu.

Sonrakı proseslər də göstərdi ki, müxalifətin aparıcı qüvvələri hesab olunan AXCP və Müsavat partiyasının qocaman liderləri Rüstəm İbrahimbəyovun namizədliyini müdafiə etməməkdən başqa bir ideyaya malik olmağı ağlının ucundan belə keçirməyib. Ona görə də Kremlin müxalifətlə planları asanlıqla ərsəyə gəlib».

Mənbə iddia edir ki, Söyün Sadıxov bu plandan qabaqcadan xəbərdar olduğunu gizlətməyib: «Plana görə Rüstəm İbrahimbəyov Abbas Abbasovu prezident kürsüsünə daşıyacaq prosesdə bir vintcik rolunu oynamalı idi. Amma Putinin nümayəndəsi heyifslənir ki, rəsmi Bakı Kremlə anlaşdığından bu plandan imtina olunub».

Hər halda, bu gün seçkilərə gedən azərbaycanlının açıqladığımız faktları bilməsi vacibdir…

Geri qayıt