Əsas Səhifə > Cəmiyyət, Manşet > GƏDƏBƏY SAKİNLƏRİ İCRA BAŞÇISINDAN NARAZILIQ EDİR

GƏDƏBƏY SAKİNLƏRİ İCRA BAŞÇISINDAN NARAZILIQ EDİR


16-09-2013, 16:04
GƏDƏBƏY SAKİNLƏRİ İCRA BAŞÇISINDAN NARAZILIQ EDİR
«NƏ QƏDƏR Kİ, YEDİYAROV BAŞÇIDIR»…

DİA.AZ: - «Ramiz Yediyarov biz gədəbəyliləri adam yerinə qoymur. Yeganə dolanışıq yerimizh əkin-biçindir. Başçı bu əkin-biçinə də şərik olub». Bu sözlər bir qrup Gədəbəy sakininin rayon icra hakimiyyətinin başçısından giley-güzarla dolu olan şikayət məktubundandır.

Narazı vətəndaşlar DİA.AZ-a ünvanladıqları müraciətlərində bildirirlər ki, Ramiz Yediyarovun adamları məhsullarını tarladan yığmamış başlarının üstünü kəsdirirlər:

«Biz yazıq adamlarıq. Başqa ümidimiz yoxdur. Nədi-nədi hektara görə, 80 manat pul veriblər. İndi Yediyarovun adamları dirəşib ki, məhsulumuzu onun adamlarına satmalıyıq. Bakıya tək-tük mal aparanlar var. Onlar yaxşı pul qazanırlar. Amma yiyəsi olmayanlar məcburdurlar ki, Bakıdakı qiymətlərdən 20 dəfə aşağı qiymətə Yediyarovun adamlarına öz məhsulunu satsın».

Vətəndaşlar yazır ki, bununla bağlı kənd təsərrüfatı nazirliyinə də şikayət ediblər: «Amma bizi eşidən yoxdur. İsmət Abbasov ayrı yerdə kənd təsərrüfatının inkişafından danışır. Biz xahiş edirik ki, danışanda Gədəbəyin adını çəkməsin. Çünki Yediyarov nə qədər ki, bu rayonda başçıdır, rayonu yeyəcək».

Geri qayıt