Əsas Səhifə > Hadisə > "5-6 VARLI MAFİZ MİLLƏTƏ QAN UDDURUR"

"5-6 VARLI MAFİZ MİLLƏTƏ QAN UDDURUR"


16-09-2013, 14:14
"5-6 VARLI MAFİZ MİLLƏTƏ QAN UDDURUR"
İmişli şəhəri L. Vəliyev küç. 32-də yaşayan keçmiş ADP İmişli RT-nin sədri Məhbub Əvəz oğlu Zülfüqarov tərəfindən ölkə başçısına, baş nazirə, FHN, nəqliyyat, ekologiya naziri və komitə sədrlərinə müraciət edib. Bir nüsxəsini də TİA.AZ-a göndərdiyi həmin müraciətin bir hissəsin diqqətinizə çatdırırıq:

“İmişlidə artıq sonuncu M. Ə. Sabir parkı çayxana, restoran, mağazalar şəbəkəsinə çevrilib. 10 ədəd şam ağacları kəsilib, yerində yeni mağaza şəbəkəsi tikilir. Bir o qalıb ki, parkın üstündən naves tiksinlər və onunda üstündən çayxanalar tiksinlər. Tikintilərə bir başa sərəncamı icra başçısı Vilyam Hacıyev verir. Araz çayının mühafizə zolağında, habelə, strateji ciddi qorunmalı olan, hərbi əhəmiyyətli İmişli-Qaradonlu yolunda Araz çayının üstündə tikilən körpünün yaxınlığında körpü üçün və çayın sahili və mühafizə zolağı üçün təhlükəli mənbə sayılan qum-çınqıl karxanalarının fəaliyyət göstərməsinin qanuna müvafiq araşdırılma aparılması və ciddi tədbir görülməsi üçün xahişlər etmişdik. Təəssüflər olsun ki, adıçəkilən nazirliklər nəinki, ciddi tədbirlər gördülər, əksinə, sərəncam verənlərin, sərəncama dəstək verən təşkilatların müdafiəçilərinə çevrildilər və qanunu sevən, hörmət edənləri təhdid etdirərək, peçiman etdilər. Qanuna əsaslanaraq deyirik ki, ciddi əhəmiyyətli körpülərin, svayla yerə bərkidilmiş körpünün əsas dayaqlarının titrənməməsi, aşınmaması və boşalmaması üçün mühafizə zolağı çay yuxarı 1.5 km., çay aşağı 1.0 km. nəzərdə tutulub. Hər iki tərəfdə bu məsafədə karyerlər fəaliyyət göstərir, özüdə 200-300-500 metr səviyysində FHN-nin Sənayedə İşlərin təhlükəsiz görülməsi və Dağ-Mədən nəzarəti Dövlət Agentliyinin rəisi 2526-04915 saylı, 28.08.2013-cü il tarixli məktubunda bildirir ki, Tural S MMC-yə məxsus qum-çınqıl karxanası Araz çayının üzərindəki körpünün 100 metrliyində deyil-1100 metrliyində fəaliyyət göstərir. Tual S MMC-dən sonra hələ bir digər karyer də, AZE MMC fəaliyyət göstərir. Özü də, o da 1100 metr kənarda deyil. Agentliyin işçilərinin metrəsi məgər dünyada istifadə olunan və təsdiq olunmuş metrələrdən deyil? Rəisin cavabı bir başa məhkəmə və istintaq predmetidir ki, dövlət rəsmiləri özləri həyata keçirtməlidir.
Qərib Məmmədovun təzadlı və təəccüblü cavabları vəzifə sahibi, elmi titulu olan şəxsin elmi savadına adekvat deyil. Bu 7 ildə komitə sədri tabeliyindəkilərə inanaraq, əvvəl bildirir ki, park satılmayıb və Mədəniyyət Nazirliyinin balansındadır. Sonra bildirir ki, park haqqında müsbət məhkəmə qətnaməsi var. Daha sonra bildirir ki, axırıncı inistansiya məhkəmədir, ora mürəciət et?! Ekologiya və Təbii Sərvətlər nazirinin idarə rəisi Füzuli Məmmədov ozünün son məktubunda 17-011696 30.08.2013-cü il tarixdə yazır ki, sizə araşdırmanın nəticəsi olaraq 02.08.2013-cü il tarixli 17-071539 nömrəli məktubla cavab verilmişdir. Bu 7 ildə mənə şəxsən Füzuli müəllimin imzası ilə onlarca məktub daxil omuşdur. Əvvəllər bildirirdi ki, parkın ərazisi satılmayıb və icra başçısının 11 saylı 08.01.2006-cı il sərəncamının ləğvi üçün İH-nın başçısına müraciət olunmuşdur. Daha sonralar ağac kəsimləri parkı satanların müdafiəçisi rolunda çıxış edərək, cavab vermişdir. Elə isə, Füzuli müəllim niyə əvvəlki verdiyi cavabı 17-0210-42 saylı 30.07.2010-cu il tarixli məktubuna – sərəncamın ləğvi barədə məktubuna istinad etmir? Əsl məhkəmə predmetidir. Məhkəməni isə Torpaq Komitəsi qorumalıdır.

Meliorasiya və Su Təsərrüfatı rəhbərliyi bu dəfə məktubun imzalanmasını karyerlə bir-başa əlaqəsi olan Zakir Quliyevin üzərinə atıb. Bu təşkilat Araz çayının sağ və sol sahillərini, onun mühafizə zolaqlarını oliqarxlar arasına paylaşdırıb. 40 qum-çınqıl karxanaları bu çayın sahillərini, örüş və otlaq sahələrini, mühafizə zolaqlarını, torpaqların hums qatlarının məhvini istəyənlərin himayəçilərini müdafiyə etməklə məşğuldur. Ətraf torpaqların şoranlaşmasında bu təsərrüfatların sahibləri ciddi cəzalandırılmalı ikən, ASC rəhbərliyi susur.

MRX-nin qarşısındakı istirahət parkının balansında olan tikintilər, cür-bə-cür atraksiyonalrın aqibəti məlum deyil. 20-30 il bundan qabaq o karusellərdə baxımsızlıq ucbatından Mədəniyyət Şöbəsinin müdürü vəzifəsindən büronun qərarı ilə qovulmuşdu. İndi Elçin Şadlıq Sarayınının sahibi parkın ərazisində kommersiya məqsədi ilə uşaq bağçası və karusellər tikib, quraşdırır. Qonşuluqda yaşayan kasıb körpələrin ora həsrətlə baxacaqlarını biz qəbul etsək də, valideynlər əzab çəkəcəklər.

Parkların, su höfzələrinin qorunmasına başları ilə cavabdehlər adıçəkilən sahələri su qiymətinə hərraca çıxarıblar. Parkalrın satılması üçün dövlətə cəmi 3-4 min manata yaxın pul ödənilib, amma ciblərə bundan ən azı 100 dəfələrlə pul mədaxil olub. 5-6 varlı mafioz imişlilərə qan uddurmaqla, dövlət və vətəndaş arasında uçurum yaradıb. Bu 5-6 nəfər həriscəsinə öz məqsəd və ehtiyacları naminə qazanclarına çatmağına rəğmən, başqalarının fəlakətinə razı olur, başqalarının gəlir mənbəyi olan bütün yerləri öz əllərinə keçiriblər.”

Geri qayıt