Əsas Səhifə > Şou-biznes > İLGİNC: AST TELMAN AJDA PEKKANI PƏRT ETDİ

İLGİNC: AST TELMAN AJDA PEKKANI PƏRT ETDİ


16-09-2013, 13:54
İLGİNC: AST TELMAN AJDA PEKKANI PƏRT ETDİ
Azərbaycanlı milyarder Telman İsmayılov həyat yoldaşı Samirənin ad günü münasibətilə Türkiyədə açdığı “Mardan palace”də 60 nəfərdən ibarət ziyafət keçirib.

Axşam.az-ın məlumatına görə, təmtəraqlı ziyafətə türkiyəli müğənni Ajda Pekkan da dəvət olunub. Gecədə səhnəyə çıxan Pekkan on mahnıdan sonra səsin kəsilməsinə şok olub.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, səhnəyə çıxmaq üçün 300 min lirə alan superstarın çıxışı Telman İsmayılovun xoşuna gəlməyib.

Qəfildən əsəbiləşərək masadan duran iş adamı “Budur super star? Budur Ajda Pekkan. Düşürdün bu qadını səhnədən” deyərək qışqırıb. “

Təəccüblənən Ajda Pekkan otağına gedərək, əşyalarını toplayıb, oteli tərk edib.

Geri qayıt