Əsas Səhifə > Dünya > MİSİRİ QARIŞDIRAN VAR

MİSİRİ QARIŞDIRAN VAR


16-09-2013, 13:52
MİSİRİ QARIŞDIRAN VAR
Şimali Sinada ordu qüvvələrinin karvanına edilən hücumda 8 nəfər yaralanıb.

SalamNews-un əl-Məyadin telekanalına istinadla verdiyi xəbərə görə, hazırda hadisə yerində ordu qüvvələri və silahlılar arasında atışmalar gedir.

Misir ordusu Şimali Sina əalətinin Qəzza zolağı ilə sərhəddində yerləşən yaşayış massivlərində təhlükəsizlik tədbirlərini gücləndirir.

Əlcəzirə telekanalının məlumatına əsasən, Misir dəniz qüvvələri təhlükəsizlik əməliyyatları çərçivəsində, fələstinli ov qayıqlarını müxtəlif növ silahlardan hədəfə alıb.

Xatırladaq ki, Misir höküməti Qəzza hakimiyyəti HƏMAS-ı Şimali Sinada silahlıları dəstəklədiyini iddia edib. HƏMAS iə Misir hökümətinin iddialarını əsassız sayıb.

Geri qayıt