Əsas Səhifə > Gündəm, Manşet > ƏLİ HƏSƏNOV 2-Cİ DƏFƏ ƏMƏLİYYAT OLUNA BİLƏR

ƏLİ HƏSƏNOV 2-Cİ DƏFƏ ƏMƏLİYYAT OLUNA BİLƏR


16-09-2013, 13:31
ƏLİ HƏSƏNOV 2-Cİ DƏFƏ ƏMƏLİYYAT OLUNA BİLƏR
PA-NIN ŞÖBƏ MÜDİRİNİN SƏHHƏTİNDƏKİ PROBLEMLƏR HƏLƏ SƏNGİMƏYİB

DİA.AZ: - Bir müddət əvvəl məlumat verərək bildirmişdik ki, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun səhhətində problemlər yaranıb və Əli müəllim bu səbəbdən Almaniyadakı klinikaların birində ürəyindən ağır əməliyyat keçirib.

DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, həkimləri Əli Həsənovun səhhətində müsbət dəyişikliklərin olduğu qənaətinə gəlsələr də, PA-nın şöbə müdiri hələ də aktiv fəaliyyətini bərpa edə bilməyəcək.

Bu barədə redaksiyamızı bilgiləndirən Nazirlər Kabinetindəki qaynağın söylədikləri: «Əli Həsənov bəllidir ki, olduqca aktiv bir dövlət adamıdır. Və bu gün onun prezident seçkiləri kimi bir prosesdən kənarda qalması demək olar ki, hakim düşərgə üçün heç də arzuolunan deyil. Ən azından Əli Həsənovun hadisələrə fərqli baxışları iqtidar düşərgəsinin maraqları fonunda müsbət dividentləri qazandırırdı».

Mənbəmizə görə, amma həkimlər hələ də Əli Həsənovun işə çıxmasını qadağan ediblər: «Hətta ola bilsin ki, ikinci əməliyyata da ehtiyac duyulsun. Bu, daha çox Əli müəllimin səhhətindəki dəyişikliklərdən birbaşa asılı olan məsələdir».

Geri qayıt