Əsas Səhifə > Cəmiyyət > ZİYA MƏMMƏDOVA QARŞI DAHA BİR ETİRAZ

ZİYA MƏMMƏDOVA QARŞI DAHA BİR ETİRAZ


14-01-2012, 17:38
ZİYA MƏMMƏDOVA QARŞI DAHA BİR ETİRAZ

TAKSİ SÜRÜCÜLƏRİ DAVAMLI AKSİYALARA QƏRAR VERİB

Bakıda taksi sürücüləri növbəti dəfə etiraz aksiyası keçiriblər.

SalamNews-un məlumatına görə, aksiyalar Elit” Ticarət Mərkəzinin və “Xətai” metrostansiyasının qarşılarında keçirilib.

Aksiyanı keçirtməkdə məqsəd Nəqliyyat Nazirliyinin taksilərlə bağlı məhdudlaşdırıcı qərarın olmasıdır.

Taksi sürücüləri bildirirlər ki, Nəqliyyat Nazirliyinin təklif etdiyi kimi, yeni – London taksilərində işləmək mümkün deyil. Yeni taksilərdə işləmək üçün qabaqcadan 200 manat deposit alınır, gündəlik plan isə 50 manatdır.

Xatırladaq ki, ötən gündə paytaxtın bir neçə yerində də taksi sürüüləri etiraz aksiyası keçiriblər. Onlar “Azneft” meydanı ətrafında, metronun “Neftçilər” stansiyasının yaxınlığına toplaşıblar.


Geri qayıt