Əsas Səhifə > Şou-biznes > GƏNC MÜĞƏNNİDƏN QALMAQALLI AÇIQLAMA

GƏNC MÜĞƏNNİDƏN QALMAQALLI AÇIQLAMA


14-09-2013, 12:34
GƏNC MÜĞƏNNİDƏN QALMAQALLI AÇIQLAMA
Müğənni Emil Bədəlov həmkarları ilə bağlı qalmaqallı açıqlamalar verib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Xəzər” telekanalında yayımlanan “Star life” verilişinə müsahibəsində ailəsini sənətə qurban verən həmkarlarından söz açıb:
“Heç vaxt ailəmi sənətə qurban vermərəm. Onlar mənim hər şeyimdir, necə ola bilər ki, həyat yoldaşını, övladını oxumağa qurban verəsən? Lazım gəlsə ailəmə görə sənəti ataram. Bəziləri çıxıb deyir ki, sənətimi ailəyə qurban verirəm. Bunu ən böyük sənətkar belə desə, onu pisləyərəm. Bu əsl biabırçılıqdır. Onların heç bu aləmdə də hörməti yoxdur”.
E.Bədəlov solo konsert verməkdən də danışıb. O qazandığı pulu konsertə xərcləməyə qıymır:
“Özümü konsert verməyə hazır hiss edirəm. Bu gün konserti olan sənətçilər 15 ildir bu sahədədirlər. Mən isə 5 ildir solo ifaya başlamışam.

Təkəm, ailəmə baxıram. Qazandığım pulu aparıb konsertə xərcləməkdənsə, evimə verirəm də... Niyə 80-100 mini aparıb ora töküm ki? Əgər Nahid Emiloğlundan təklif gəlsəydi qəbul edərdim”.

Geri qayıt