Əsas Səhifə > Cəmiyyət, Manşet > GƏLƏN HƏFTƏ DYP RƏHBƏRİ DƏYİŞƏCƏK

GƏLƏN HƏFTƏ DYP RƏHBƏRİ DƏYİŞƏCƏK


14-01-2012, 17:02
GƏLƏN HƏFTƏ DYP RƏHBƏRİ DƏYİŞƏCƏK

RÜŞVƏT ALMALARI LENTƏ ALINAN 3 DYP İŞÇİSİ RAMİZ ZEYNALOVU DA BİTİRİR

DİA.AZ: - Məlum olduğu kimi, internetdə yol polisi əməkdaşlarının rüşvət alması ilə bağlı yayılan video ilə əlaqədar araşdırma başlayıb. Bildirək ki, videoda hərəkəti izlənilən yol polisi əməkdaşları Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarıdır.
Məlumata görə, bununla əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Onu da bildirək ki, bu ilk hadisə deyil. Təkcə 2011-ci ildə korrupsiya hüquqpozmalarına yol verdiklərinə görə 30-dan çox yol polisi əməkdaşı daxili işlər orqanlarından xaric edilib.

Ötən il korrupsiya hüquqpozmalarına yol verən yol polisi əməkdaşlarının bəziləri barəsində Baş Prokurorluğa da məlumat göndərilib və prokurorluq tərəfindən araşdırma aparılıb. Qeyd edək ki, bu sahədə şəffaflığın təmin olunması məqsədilə qanunvericiliyə də dəyişiklik edilib. Dəyişikliyə görə, cərimələrdən gələn vəsaitin 25 faizi yol polisi əməkdaşlarının maaşına yönəldilir.

Onu da qeyd edək ki, internetdə yayılan videoda yol polisi əməkdaşlarının reyd zamanı sürücülərdən rüşvət almalarını əks etdirən görüntülər yer alıb. Və artıq birbaşa olaraq Daxili İşlər Naziri Ramil Usubovun göstərişinə əsasən həmin polis işçiləri sistemdən kənarlaşdırıblar və onlar barəsində cinayət işi açılıb.

«Dünya» İnformasiya Agentliyi redaksiyasına daxil olan məlumatlardan aydın olur ki, bu iş artıq böyümə üzərədir və hətta bu məsələyə görə, Respublika Dövlət Yol Polisinin rəisi Ramiz Zeynalovun da başı ağrıya bilər:

«Məsələ çox ciddidir. Birbaşa olaraq bu olayın prezidentin diqqət mərkəzində olduğu da faktdır. Və nazir Usubov məhz bu səbəbdən çox sərt reaksiya verib. DYP rəhbərliyinin məsələyə biganəliyi isə nazirlikdə qəzəb yaradıb».

Mənbə bildirir ki, gələn həftənin ilk günündəcə bu olay çözülməlidir: «Ramiz Zeynalov gələn həftə nazirin qəbulunda olacaq. Ola bilsin ki, bu qəbul zamanı ona istefa ərizəsi yazdırılsın».

Onu da bildirək ki, son günlərə qədər Ramiz Zeynalov Ramil Usubova qarşı gedən fiqur kimi səciyyələndirilirdi. Lakin sonradan DYP şefi nazirə boyun əyməli olmuşdu. Bu dəfə isə nazirin Ramiz Zeynalovu bağışlamayacağı bildirilir.


Geri qayıt