Əsas Səhifə > Cəmiyyət, Manşet > ƏHƏD ABIYEVDƏN DAHA BİR İLGİNC ADDIM

ƏHƏD ABIYEVDƏN DAHA BİR İLGİNC ADDIM


14-01-2012, 15:02
ƏHƏD ABIYEVDƏN DAHA BİR İLGİNC ADDIM

DAŞKƏSƏNİN İCRA BAŞÇISI İSTİ MÜNASİBƏTLƏRDƏ OLDUĞU MƏTBUATA MƏLUMATLAR ÖTÜRÜR

Heç kim şübhə eləmir ki, keçmiş millət vəkili, hazırda Daşkəsənin İcra başçısı vəzifəsini icra edən Əhəd Abıyev ölkənin ən rəngli adamlarından biridir. Hər zaman maraqlı açıqlamaları və hərəkətləri ilə mətbuatın və ictimaiyyətin maraq dairəsində olan Əhəd Abıyev bu dəfə də anoloqu olmayan addım atıb. Belə ki, Daşkəsən İcra başçısının öz tabeliyində işləyən vəzifəli şəxslər haqqında mətbuata kopramat məlumatlar ötürdüyü ibildirilir.

Gəncədən daxil olan məlumatda bildirilir ki, artıq 10 aydan artıqdır ki, Daşkəsənə İcra başçısı təyin olunan Əhəd Abıyev hələ də öz komandasını formalaşdıra bilməyib və məcburən Tahir Kərimova yaxın olan şəxslərlə çalışmaq zorundadır. Bu isə İcra başçısını çilədən çıxarır. Mənbə bildirir ki , bir neçə dəfə Tahir Kərimlidən qalma komandanı yerindən tərpətməyə çalışan Əhəd Abıyev Bakıdan gələn siqnallarla üzləşib. Elə ona görə də İcra başçısı isti münasibətlərdə olduğu hakimiyyətpərəst mətbu orqanlarına tabeliyində olan şəxslərlə bağlı məlumatlar ötürməkdədir.

Mənbə bildirir ki, artıq Əhəd Abıyevin belə bir cəhdi uğurla nəticələnib. Belə ki, İcra başçısı Daşkəsən rayon hüquq-mühafizə orqanlarının rəhbərlərindən biri haqqında yaxın mətbuata ifşa edici məlumat ötürüb. Bundan sonra həmin hüquq-mühafizə orqanının rəhbərini işdən azad ediblər. Bildirilir ki, həmin hüquq-mühafizə orqanının rəhbəri ağır xəsarətlə nəticələnmiş qəza törədib və bu qəza gizlədilib. Bu məlumatı yaxın mətbuat orqanına ötürdükdən sonra həmin hüquq-mühafizə orqanın rəhbəri Bakıdan gələn əmrlə işdən azad olunub.

Məlumatda qeyd olunur ki, hazırda Əhəd Abıyevin hədəfində bir neçə isim var ki, onlarda Daşkəsən YAP rayon təşkilatının sədri və Daşkəsən şəhər İcra nümayəndəsidir ki, yaxın zamanlarda İcra başçısının bu şəxslər haqqında mətbuata məlumat ötürəcəyi bildirilir.

pia.az

Geri qayıt