Əsas Səhifə > Şou-biznes > DAHA BİR VERİLİŞDƏ EV VƏD ETDİLƏR

DAHA BİR VERİLİŞDƏ EV VƏD ETDİLƏR


11-09-2013, 11:41
DAHA BİR VERİLİŞDƏ EV VƏD ETDİLƏR
Teleməkanın ən baxımlı yarışması olan “Özünə bax 2” yeni mövsümə start verib. SİA-nın verdiyi xəbərə görə, zövqlü xanımların yarışdığı müsabiqədə yarışmanın qalibinə bu dəfə avtomobil yox, ev hədiyyə olunacaq.

Nəzərinizə çatdıraq ki, “Özünə bax 2” sentyabrın 16-dan ATV telekanalında həftə içi hər gün saat 15:30-dan 17:00-a kimi yayımlanacaq.

Qeyd edək ki, layihənin rəhbəri Ruhi Əliyeva, prodüsseri Vüqar Şəfiyev, aparıcısı Rüfət Ağayev, redaktoru Nərgiz Əliyeva, rejissoru isə Qəmər Abbasovadır.

Geri qayıt