Əsas Səhifə > Siyasət, Manşet > 3 İCRA BAŞÇISI İLƏ BAĞLI QƏTİ QƏRAR VERİLDİ

3 İCRA BAŞÇISI İLƏ BAĞLI QƏTİ QƏRAR VERİLDİ


11-09-2013, 11:29
3 İCRA BAŞÇISI İLƏ BAĞLI QƏTİ QƏRAR VERİLDİ
PREZİDENTİN SƏFƏRLƏRİNİN ARDINDAN KİM YOLA SALINIR, KİM QALIR?

DİA.AZ: - Prezidentin rayonlara silsilə səfərləri böyük rezonans yaradıb - desək, yanılmarıq. Ən azından bu gün bölgələrdə ciddi hadisələrin yaşanmasından bu səs-küy aşkar surətdə hiss olunandır. Bu barədə DİA.AZ-a hökumət içindəki mötəbər mənbələrdən məlumat daxil olub.

Bilgili qaynağın iddialarına görə, əslində prezident seçkiləri ərəfəsinə təsadüf edən bu səfərlərdə bir məqsəd dövlət başçısının seçkiqabağı mühitiq daha dərindən öyrənilməsinə hesablanıbsa, digər məqsəd də seçkilərdən sonrakı idarəedici heyətin tərkibinin formalaşdırılması üçün vacib bilgilərin toplanmasına xidmət edir.

Mənbəmiz iddia edir ki, prezidentin səfərlərinin ardından artıq 3 rayonun icra başçısının dəyişdirilməsi qərarı verilib: «Həmin rayonların rəhbərlərinin yerdəki fəaliyyətləri dövlət başçısını qane etmədiyindən onların adları «vurulacaqlar» siyahısına daxil edilib. Və prosesin davamı gözlənilir».

Həmin icra başçılarının kimliyinə gəlincə isə mənbəmiz onlarla bağlı geniş bilgi vermədi. Xatırladaq ki, bir neçə gün əvvəl Biləsuvarda rəhbər dəyişikliyinin həyata keçirələcəyilə bağlı xəbərlər yayılıb. Hətta prezidentin özü də bu rayonda həyata keçirilən abadlıq-quruculuq işlərindən narazı qaldığını ifadə edib.

Geri qayıt