Əsas Səhifə > Partiya > İSLAMÇILAR İLYAS İSMAYILOVA NİYƏ MİNNƏTDARDIR?

İSLAMÇILAR İLYAS İSMAYILOVA NİYƏ MİNNƏTDARDIR?


11-09-2013, 11:17
İSLAMÇILAR İLYAS İSMAYILOVA NİYƏ MİNNƏTDARDIR?
Azərbaycan İslam Partiyası (AİP) prezident seçkilərində İlyas İsmayılovu dəstəkləməklə bağlı bəyanat verdikdən sonra bir sıra KİV-lərdə, o cümlədən sosial şəbəklərdə bu bəyanatın düzgün olmadığı, İlyas İsmayılov ilə AİP arasında heç bir əlaqənin olmadığı barədə müxtəlif yazılar dərc edilib.

AİP-in sədr müavini Akif Heydərli SalamNews-a müsahibəsində bu məsələlərə aydınlıq gətirib.

- İlyas İsmayılovu AİP-lə hansı əlaqələr birləşdirir?

- Azərbaycan ictimaiyyətinə bəllidir ki, İlyas İsmayılov hüquqşünasıdır. Ədliyyə naziri, respublika prokukoru, dövlət xidmətləri olub. İ.İsmayılovla AİP-in əlaqələri partiyanın yarandığı gündən başlayıb. Çünki AİP ilk dəfə yarananda şübhəsiz ki, o vaxt müstəqillik əldə olunmuşdu. İslam adlı partiyanın rəsmi dövlət qeydiyyatına keçirilməsi Qərbi çox qıcıqlandırırdı. Hədindən artıq həssasiyyət var idi. Ona görə ki, yenicə müstəqillik əldə etmiş bir dövlətdə İslam Partiyasının yaranması Qərb üçün gözlənilməz idi.

O vaxt ədliyyə naziri İlyas İsmayılov idi. Təbbi, bəlkə də İlyas İsmayılov olmasaydı AİP-i dövlət qeydiyyatına almazdılar. O, tərəddüt etmədən İslam Partiyasını qeydiyyata aldı. Hətta İ.İsmayılov müsahələrinin birində demişdi ki, nəyə görə islam adlı bir partiya qeydiyyatdan keçməsin və Azərbaycanda fəaliyyət göstərməsin. Beləliklə, 1992-ci il sentybarın 20-də İ.İsmayılovun imzası ilə AİP dövlət qeydiyyatına alındı. Ondan sonrakı dövlərdə - 1998-ci ildə, o vaxt ki, Azərbaycan Demokratik Partiyasının qərargahında (indiki Ədalət Partiyasının qərargahı) bizə qurultay keçirmək üçün yer ayırdı. Çünki, o vaxt Hacı Əlikram və bir neçə islamçı həbs olunmuşdu. Bu səbədən siyasi partiyalar bizə çox ehtiyyatla yanşırdılar. Bəzən elə olurdu ki, bizləri tədbirə dəvət etmirdilər. Lakin İ.İsmayılov partiyamızın qurultayının keçirilməsi üçün şərait yaratdı və biz bunu yükək səviyyədə keçirdik.

Bir məqamı da demək istəyirəm ki, Heydər Əliyevin hakimiyyəti dövründə İlyas İsmayılov ən çox təzyiqə məruz qalan məmurlardan biri idi. Təsəvvür edin, toplantının birində H.Əliyev deyib ki, nəyə görə Ədliyyə Nazirliyi "Nicat" İctimai Birliyini qeyri-qanuni qeydə alıb. Respublika prokuroru, daxili işlər naziri durub tənqid etdilər. Mən o vaxt gördüm ki, bütün nazirlər yığılıb burada İ.İsmayılovun məsələsini müzakirə edirlər. Əslində, orada başqa bir məsələ müzakirə olunurdu. Lakin İ.İsmayılov orada hədəfə çevrildi.

Bundan başqa, İ.İsmayılovun adı bu vaxta qədər heç bir rüşvətdə, korrupsiyada hallanmayıb. O, yeganə məmurdur ki, adını, hörmətini bu gün də qoruyub saxlayır. Onun çıxışlarında heç vaxt ziddiyətli fikrilər, iddia olmayıb.

- Bəs hazırda həbsdə olan Hacı Mövsümlə İlyas İsmayılovun hansı əlaqəsi olub?

- 2010-cu ildə Azərbaycanda parlamet seçkilərində AİP iki nəfər nazmizəd irəli sürdü. Biri Vaqif Abdullayev (vəfat edib) digəri isə Saatlıdan komitə sədri Məmmədağa Sadıqov idi. Onların heç biri Dairə Seçki Komisiyyaları tərəfindən qeydiyyata alınmadı. O vaxt Hacı M.Səmədov bildirdi ki, indiki şəraitdə biz kimi dəstəkləyə bilərik. O, mənə dedi ki, 2 şəxs haqqında məlumat toplamaq istəyirik. Bunlardan biri ALP sədri Lalə Şövkət Hacıyeva digəri isə İlyas İsmayılovdır. Yekunda biz qərara gəldik ki, İ.İsmayılova dəstəkləyək. Hazırda AİP İ.İsmayılovu ən güclü müxalifətçi və ən ədalətli nazmizəd hesab edir.

- Bəzi mətbuat orqanlarında yazılır ki, İlyas İsmayılov tutulan islamçılarla bağlı fikir söyləməyib, yəni onları dəstəkləmir. Bu barədə nə deyə bilərsiniz?

- İlyas İsmayılovun heç vaxt islama qarşı neqtiv fikri olmayıb. O, bu gün islamçıların haqqsız yerə həbs olunmasından olduqca narahatdır. Çıxışlarında bunu izharla bildirib. Son dövrlərdə İ.İsmayılov birmənalı şəkildə deyib ki, hicabla bağlı heç bir qanuni qadağa yoxdur. Hüquqşünas kimi bildirib ki, hicabın qadağan olunmasına heç vaxt rast gəlməyib. Heç bir qanun hicabı qadağan etmir. Bu, möminlərin haqqı və hüququdur. Bu, bərpa olunmalıdır.

Əminik ki, İ.İsmayılov prezident seçiləcəyi təqdirdə heç bir islam atributi qadağa görməyəcək. Hicab qadağası tamamilə aradan qalxacaq. Buna əminik ki, İ.İsmayılov seçiləcəyi təqdirdə heç bir siyasi məhbus olmaycaq.

Geri qayıt