Əsas Səhifə > Gündəm, Manşet > AĞSTAFA MƏMURLARI SAHİBKARIN HAQQIN YEYİRLƏR

AĞSTAFA MƏMURLARI SAHİBKARIN HAQQIN YEYİRLƏR


11-09-2013, 10:45
AĞSTAFA MƏMURLARI SAHİBKARIN HAQQIN YEYİRLƏR
“HƏTTA İLHAM ƏLİYEV CƏNABLARINA MÜRACİƏTİM MƏNƏ KÖMƏK OLMAYIB”

DİA.AZ: - Vətəndaş Vəliyev Fərman Nəsib oğlu məmur özbaşınalığı ilə üz-üzə qalıb. DİA.AZ bildirir ki, o, bu barədə “media forum” saytına göndərdiyi məktubunda qeyd edib. O yazır:

“Bakı şəhərində yaşayır, ata-babamın doğulduğu və yaşadığı Ağstafa şəhərində sahibkarlıq fəaliyyəti qururam. Lakin bəzi məmurların başımıza gətirdikləri ədalətsiz hərəkətlər təəssüf doğurur.

Günlərin birində Ağstafa Rayon İcra Hakimiyyətindən verilən göstərişlə hansısa tikinti təşkilatı mənə aid torpaq sahəsində bina bünövrəsi qazmağa başladı. Direktiv orqanlara müraciətlərimdən sonra mənimlə danışıqlar aparıldı. Orada artıq müəyyən tikinti işlərinin aparıldığını görüb fakt qarşısında qaldım və Ağstafa Rayon İcra Hakimiyyəti ilə razılığa gəldik. Razılaşmaya görə, ailəmizə aid özəl obyektin arxa hissəsindən küçəyə avtomobil çıxışının açılmasına, özəl torpaqda obyekt tikintisinə icazə verilməli və həmin obyektin ətrafında girintili-çıxıntılı torpaq sahəsi bizə satılmalı idi. Üstündən bir ildən çox keçməsinə baxmayaraq Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavininin, rayonun baş memarının, Ağstafa bələdiyyəsi, rayon torpaq şöbəsi rəhbərlərinin, şəhər icra nümayəndəsinin iştirak etdiyi razılaşma prosesində gəlinmiş son qərara əməl olunmur.

Mən torpaq sahəmi satmaq fikrində olmamışam. Biləndə ki, iş-işdən keçib, artıq orada evlərin bünövrəsi qoyulub, razılıq verdim. Görünür, bəzi məmurlar məni, ailəmi aldatmaq fikrinə düşüb. Hətta prezident İlham Əliyev cənablarına müraciətim mənə kömək olmayıb. Kömək edin!”


Geri qayıt