Əsas Səhifə > Şou-biznes > MÜĞƏNNİMİZƏ MODEL OLMAQ TƏKLİF EDİLDİ

MÜĞƏNNİMİZƏ MODEL OLMAQ TƏKLİF EDİLDİ


14-01-2012, 11:49
MÜĞƏNNİMİZƏ MODEL OLMAQ TƏKLİF EDİLDİ

SAMRİNA TÜRKİYƏDƏ ŞOU-PROQRAMA QATILACAQ

DİA.AZ: - Hazırda Türkiyədə olan gənc müğənni Samrinaya qardaş ölkədə işgüzar təklif edilib. Bu barədə DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, Samrina tanınmış türk müğənnilərinin birinin klipində çəkilmək təklifi alıb.

Mənbənin söylədikləri: «Samrina həm də bir model kimi Türkiyə şou-biznes aləminin diqqətini çəkib və gənc müğənnimizə qardaş ölkədə ciddi projelərdə iştirak təklifi edilib».

Bir başqa qaynaqdan aldığımız məlumatda isə bildirilir ki, Samrina bu günlərdə Türkiyə kanallarının birində yayımlanan şou proqrama da qatılmağa hazırlaşır. Hələlik gənc müğənnimizin hansı verilişin qonağı olacağını dəqiqləşdirə bilməmişik.


Geri qayıt