Əsas Səhifə > Şou-biznes > CANLI-CANLI AD GÜNÜ

CANLI-CANLI AD GÜNÜ


14-01-2012, 11:44
CANLI-CANLI AD GÜNÜ

FAİQ AĞAYEVDƏN AYGÜN KAZIMOVAYA TƏKLİF VAR

Xalq artisti Faiq Ağayev sənət dostu Aygün Kazımovanın doğum günü proqramına canlı efirdən başlamasını tövsiyə edib.

Milli.Az-ın məlumatına görə, onun bu təklifi fanatlarının ürəyincə olub. Cənab şlyagerə minnətdarlıq borcu olan fanatlar yanvarın 26-nı səbirsizliklə gözləyirlər. Onlar Aygün xanımı hədiyyə yağışına tutacaqlar.

Qeyd edək ki, ad günündən öncə Aygun xanımın fanatları ilə daha bir görüşü planlaşdırılır. Görüş yanvarın 17-sində keçiriləcək. Faiq Ağayevin təklifi isə artıq həllini tapıb. Aygün xanım doğum günü proqramına yerli telekanallardan birinin verilişinə qatılmaqla başlayacaq.


Geri qayıt