Əsas Səhifə > Gündəm, Manşet > ARDNŞ PREZİDENTİ KEÇMİŞ MÜDİRİNİ BƏLADAN QURTARDI

ARDNŞ PREZİDENTİ KEÇMİŞ MÜDİRİNİ BƏLADAN QURTARDI


10-09-2013, 12:32
ARDNŞ PREZİDENTİ KEÇMİŞ MÜDİRİNİ BƏLADAN QURTARDI
ARTIQ HÜSEYN ABDULLAYEV BEYNƏLXALQ AXTARIŞDA DEYİL: ANLAŞMA VAR

DİA.AZ: - Hazırda Almaniyaya sığınan və interpol vasitəsilə beynəlxalq axtarışa verildiyi elan olunan keçmiş millət vəkili Hüseyn Abdullayevdən yeni xəbər var. Bu barədə DİA.AZ-a hökumət içindəki mənbələr məlumat ötürüb.

Qaynağın iddialarına görə, artıq Hüseyn Abdullayevlə bağlı Azərbaycan dövləti adından interpola ünvanlanan axtarışla bağlı müraciət geri çəkilib.

Mənbə iddia edir ki, bu addım Hüseyn Abdullayevlə rəsmi Bakının münasibətlərinin qaydasına salınmasının ardından atılıb. Belə ki, bu razılaşmanın əldə olunmasında isə bir zamanlar Hüseyn Abdullayevin yanında sürücü kimi işləmiş, hazırda Dövlət Neft Şirkətinə rəhbərlik edən Rövnəq Abdullayevin xüsusi rol oynadığı söylənilir.

Onu da bildirək ki, Hüseyn Abdullayevə qarşı təzyiqlər və onun axtarışa verilməsi həm də bəstəkar kimi tanınan sabiq millət vəkilinin yazdığı son «Susma» mahnısının klipinin yayımından sonra start götürmüşdü.

Geri qayıt