Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MİSİR MƏRDANOVDAN MİRAS QALAN ƏDAVƏT

MİSİR MƏRDANOVDAN MİRAS QALAN ƏDAVƏT


10-09-2013, 12:12
MİSİR MƏRDANOVDAN MİRAS QALAN ƏDAVƏT
“Orta məktəblərdə davamiyyətin pozulmasının birinci səbəbi qəbul imtahanlarının ağır olmasıdır”. Lent.az məlumatına görə, bunu Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Məhəmməd Bayramov deyib. Onun sözlərinə görə, qəbul imtahanlarının ağırlığı bu gün şagirdi məktəbdən uzaqlaşdırır. Müəllimi isə repetitorluğa sövq edir: “Bu, reallıqdır və bunu deməliyik. Bu ağırlığı sübut edən kifayət qədər faktlar var. Yuxarı sinif şagirdləri o qədər yükləniblər ki, hansısa yükü öz çiyinlərindən atmaq məcburiyyətindədirlər. Valideynlərin məsləhəti ilə onlar məktəbə gəlmirlər. Yuxarı siniflərdə təhsil alan şagirdlər hər şeydən təcrid olunublar. Yeniyetmələrin harmonik inkişafı da dayanıb. Bu məsələlər təhsil işçilərini çox ciddi narahat edir”.

O deyib ki, qəbul imtahanlarında nailiyyət əldə etmək üçün orta məktəblərdən ayrılan şagirdlər də var.

M. Bayramovun sözlərinə görə, bəzən Bakı şəhərində təhsil alan şagirdlər adlarını kənd orta məktəblərində yazdırırlar. Amma özləri Bakıda sinif yoldaşları ilə eyni məhəllədə görüşürlər: “Yəni adları kənd rayonlarının məktəblərində, özləri isə Bakıda qalırlar. İki il öncə Təhsil Nazirliyinin kollegiya iclasında Bərdə rayon Təhsil Şöbəsinin müdiri qeyd etdi ki, Bakıdan gələn uşaqların üzünü heç vaxt görməmişik. Amma imtahan günü Bakıdan gələn şagirdləri gətirən maşınlar rayonda tıxac yaradırlar. Bu cür yayınmalar Bakı məktəblərinin göstəricilərini də aşağı salır. Hesab edirəm ki, hər il tələbə qəbulunun nəticələri ilə bağlı ayrıca konfrans keçirilməlidir və bu məsələlər müzakirə edilməlidir”.

Geri qayıt