Əsas Səhifə > Hadisə > NAZİRLİK MOBİL OPERATORLARA QARŞI

NAZİRLİK MOBİL OPERATORLARA QARŞI


10-09-2013, 11:51
NAZİRLİK MOBİL OPERATORLARA QARŞI
NÖMRƏLƏRİN DAŞINMASI HƏLƏ DƏ AKTİV DEYİL

Mobil telefonlarda daşınan nömrələr xidmətinin tətbiqində ləngimə mövcuddur.

SalamNews xəbər verir ki, bunu jurnalistlərə rabitə və informasiya texnologiyaları (RİTN) nazirinin müavini Elmir Vəlizadə bildirib.

Onun sözlərinə görə, indi operatorlar müəyyən texniki məsələləri həll etməlidirlər və bununla əlaqədar ləngimə mövcuddur. Amma buna baxmayaraq, operatorlar bu istiqamətdə işləri həyata keçirirlər və gözləyirik ki, bu məsələ həll edildikdən sonra nömrələrin daşınması təmin edilsin.

O deyib: "Biz operatorlara xəbərdarlıq etmişik. Operatorlar bu addımı tezliklə həyata keçirməsələr, qısa zamanda nazirlik məhkəməyə müraciət edəcək. İndi bununla bağlı operatorlara vaxt qoyulub ki, bu işi tezliklə həyata keçirtsinlər."

Geri qayıt