Əsas Səhifə > Gündəm, Manşet > GƏNCƏDƏ QULDARLIQ QURULUŞUNU BƏRPA EDİBLƏR

GƏNCƏDƏ QULDARLIQ QURULUŞUNU BƏRPA EDİBLƏR


9-09-2013, 12:15
GƏNCƏDƏ QULDARLIQ QURULUŞUNU BƏRPA EDİBLƏR
İCRA BAŞÇISI HƏR BİR İDARƏYƏ MƏXSUSİ GEYİM FORMASI MÜƏYYƏN EDİB

DİA.AZ: - «Gəncə şəhərində professor və müəllimlər aşağılanmaqdadır». Bu sözlər DİA.AZ-a ünvanlanan müraciətdə yer alıb. Ölkənin ikinci ən böyük şəhərinin sakinləri redaksiyamıza yolladıqları məktublarında qeyd edirlər ki, məzuniyyət dövrü olmasına baxmayaraq, Gəncə şəhərinin rəhbərliyi bütün müəllim heyətini, büdcə təşkilatında çalışanları iməclik adı altında bir qul kimi işlətməkdədir.

Müraciətdə deyilir: «Elmar Vəliyevin göstərişi ilə müəllimlər səhər saat 09:30-dan axşam saat 09:00 radələrinə qədər qul kimi işlədilir. İş isə daş daşımaq, asfalt süpürmək, qum daşımaq, acağ dibi bellənməsi və s.-dən ibarətdir».

Narazı vətəndaşlar bildirir ki, hətta icra hakimiyyəti büdcə təşkilatında çalışanlara istirahət belə vermək fikrində deyil: «Bazar günləri daxil olmaqla bütün günü müəllimlər qul kimi işlədilir. Elmar Vəliyevin Yevlax şəhərində Lalə Tekstil Fabriki vardır. Həmin fabrik tərəfindən büdcə təşkilatında çalışan, amma qul kimi istifadə olunan işçilər üçün xüsusi köynəklər də hazırlanıb. Yəni hər bir qulun harada işlədiyi müəyyən olunsun.

Məsələn, Gəncə Dövlət Universitetinin işçiləri qırmızı rəngdə köynək geyinib küçə süpürürlər, Texnologiya Universitetinin professorları göy rəngli köynəklə qumm daşıyırlar, Səhiyyə İdarəsində çalışanlar ağ köynək geyinib ağac dibi belləyirlər və s.

Bir sözlə, icra hakimiyyəti qul kimi istifadə olunan işçilərini bu şəkildə çeişdləməyi də unutmayıb».

Müraciət müəllifləri bildirirlər ki, Gəncə şəhərinə yeni dərs ili ilə əlaqədar olaraq artıq gəlməkdə olan tələbələr də Elmar Vəliyevin göstərişi ilə «iməcliyə» cəlb olunurlar. Təbii ki, bu da haqlı narazılıqlara nədən olmaqdadır.

Bütün tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…

Geri qayıt