Əsas Səhifə > Dünya > BÖYÜK TÜRKÜN SON SÖZLƏRİ

BÖYÜK TÜRKÜN SON SÖZLƏRİ


14-01-2012, 10:54
BÖYÜK TÜRKÜN SON SÖZLƏRİ

“MÜSTƏQİLLİK ÖNƏMLİDİR, ANA VƏTƏN TÜRKİYƏYƏ GÜVƏNİN!”

Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti Rauf Denktaşın on sözləri “müstəqillik önəmlidir, Ana vətən Türkiyəyə güvənin” olub. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, son anlarında qızına bu sözləri deyən Rauf Denktaş Bakı vaxtı ilə 00.07 radələrində dünyasını dəyişib. Denktaşın ölüm xəbəri açıqlanan kimi ŞKTC prezidenti Dərviş Eroğlu, baş nazir İrsen Küçük, Türkiyənin Lefkoşadakı səfiri Halil İbrahim Akça, Türkiyə sülhməramlı qüvvələrinin komandanı general Adəm Huduti xəstəxanaya gediblər. Bundan başqa xəstəxananın qarşısına minlərlə insan toplaşıb.

Mətbuat konfransı keçirən ŞKTC prezidenti Dərviş Eroğlu çıxışına “Bu gün daha bir tarix köçdü, baba Denktaşı itirdik” sözləri ilə başlayıb. Eroğlu Kipr qəhrəmanının ölümü səbəbilə Türk dünyasına başsağlığı verib. “Kipr türklərinin və Türklük dünyasının başı sağ olsun. Tarix Denktaşı yazacaq, şəxsi həyatını bir kənara ataraq apardığı mübarizəni heç vaxt unutmayacağıq. Ona layiq olacaq, onunla qürur duyacağıq”.

Rauf Denktaşın oğlu Sərdar Denktaş da atasının vəfatı münasibətilə Denktaşsevərlərə başsağlığı verib: “Atam əvvəllər itirdiyi üç övladına, şəhid mehmetciklərə, mücahidlərə qovuşdu. Xəstə yatağında atamın qulağına həmişə bu sözləri pıçıldadım: “Bir dövlət qurdun, türk azlığı xalqa çevirdin”.

Qeyd edək ki, Türkiyə prezidenti Abdullah Gül və baş nazir Rəcəb Tayyiop Ərdoğan Rauf Denktaşın ailəsinə başsağlığı verib. Rauf Denktaşla vidalaşma mərasimi Şimali Kipr Cümhuriyyət Məclisinin binasında keçiriləcək.


Geri qayıt