Əsas Səhifə > Şou-biznes > ANA BALA "MAMAÇİ"YƏ ÇƏKİLİRLƏR

ANA BALA "MAMAÇİ"YƏ ÇƏKİLİRLƏR


9-09-2013, 11:42
ANA BALA "MAMAÇİ"YƏ ÇƏKİLİRLƏR
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Azərbaycan Dövlət Akademik Milli Teatrının aktrisası, xalq artisti Bəsti Cəfərova “Mamaçı” adlı yerli teleseriala çəkilməkdədir. Bəsti xanımın Oxumeni.az-a verdiyi məlumata görə, onunla bərabər eyniadlı seriala universitetin ikinci kurs tələbəsi olan qızı Fidan Cəfərova da çəkilir. “Mamaçı” serialında həmçinin, xalq artisti Hacı İsmayılovu, Rəqqasə Oksana Rəsulovanı, xalq artisti Arif Quliyevi və bir çox tanınmışları fərqli obrazlarda görəcəyik. Serial yeni sezondan etibarən tamaşaçıların ixtiyarına buraxılacaq.

ANA BALA "MAMAÇİ"YƏ ÇƏKİLİRLƏR

Geri qayıt