Əsas Səhifə > Hadisə > CABBAR SAVALANIN İNSTİTUT MƏSƏLƏSİ HƏLL OLUNACAQMI?

CABBAR SAVALANIN İNSTİTUT MƏSƏLƏSİ HƏLL OLUNACAQMI?


13-01-2012, 18:41
CABBAR SAVALANIN İNSTİTUT MƏSƏLƏSİ HƏLL OLUNACAQMI?

REKTOR KEÇMİŞ MƏHBUSA CAVAB VERƏCƏK

Yanvarın 13-də gənc fəal Cabbar Savalanlı və vəkil Əsabəli Mustafayev Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanovla görüşüblər.

“Media forum” saytına danışan Cabbar Savalanlı deyib ki, rektor onun universitetə bərpasının problem olmadığını bildirib: “Bəzi hüquqi məsələlər həll olunduqdan sonra, yanvarın axırında mənə cavab veriləcək. Əgər həbsdən azad olunmağım barədə əfv sənədi yetərli olmasa, Ədliyyə Nazirliyindən başqa sənədlər gətiriləcək. Lakin böyük ehtimalla bərpam baş tutacaq. Yanvarın axırı mənə dəqiq məlumat veriləcək”.

Cabbar Savalanlı qeyd edib ki, universitetə bərpa olunsa, təhsilinə qaldığı yerdən davam edəcək: “Azadlıqdan məhrum ediləndə II kursun birinci semestrinin imtahanlarını vermişdim. Davam etsəm, II kursun ikinci semestrindən başlayacam”.

Cabbar Savalanlı 2011-ci il fevralın 5-də tutulub, narkotik vasitəni əldə etmə və saxlamada təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2011-ci il dekabrın 26-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb. Həbs olunan zaman Sumqayıt Dövlət Universitetinin II kurs tələbəsi olan 2011-ci ilin aprelində bu təhsil ocağından xaric edilib.


Geri qayıt