Əsas Səhifə > Hadisə > BAKIDA DAHA BİR AVTOBUS QƏZASI

BAKIDA DAHA BİR AVTOBUS QƏZASI


9-09-2013, 11:08
BAKIDA DAHA BİR AVTOBUS QƏZASI
Sentyabrın 8-də saat 10:08-də Xətai rayonu Nobel prospektində yol-nəqliyyat qəzası baş verib. Lent.az-ın məlumatına görə, vətəndaşın köməyə ehtiyacı olması barədə daxil olmuş məlumata əsasən, Fövqəladə Hallar nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Xətai rayonu üzrə xilasedicilər qrupu hadisə yerinə çıxıb.

Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, Orxan Abdullayevin idarə etdiyi “İsuzu” markalı H023770 dövlət nömrə nişanlı yük avtomobili ilə sürücüsü məlum olmayan Daewoo markalı 10-TF-532 dövlət nömrə nişanlı avtobus toqquşub. Nəticədə avtomobillər ağır deformasiyaya uğrayıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi xilasetmə alət və avadanlıqlardan istifadə etməklə “İsuzu” markalı avtomobilin sürücüsünün xilas olunmasını təmin ediblər.

Geri qayıt