Əsas Səhifə > Gündəm, Manşet > SDU REKTORU İLK DÖNƏMİN QURBANINI VERMƏLİ OLACAQ

SDU REKTORU İLK DÖNƏMİN QURBANINI VERMƏLİ OLACAQ


9-09-2013, 10:41
SDU REKTORU İLK DÖNƏMİN QURBANINI VERMƏLİ OLACAQ
NADİR QƏHRƏMANOV TOXUNULMAZLIĞINI TƏMİN ETSƏ DƏ, İTKİ OLMALIDIR

DİA.AZ: - Sumqayıt Dövlət Universiteti ilə bağlı şikayətlər davamlı olaraq mətbuatda yer almasına baxmayaraq, bu ittihamlara nə hüquq-mühafizə orqanları və nə də ki, yeni təhsil naziri reaksiya verməyib ki, bu da SDU rektoru Nadir Qəhrəmanovun toxunulmazlığı ilə bağlı qənaətləri möhkəmləndirir.

Əslində bu «toxunulmazlığın» hansı yolla əldə olunduğunu müəyyən etmək o qədər də çətin deyil. DİA.AZ-a daxil olan məlumatlardan da aydın olur ki, zaman-zaman keçmiş təhsil naziri Misir Mərdanovla alış-verişdə olan Nədir Qəhrəmanov indi də köhnə üsullarla Mikayıl Cabbarova «xod» tapa bilib.

Bu barədə danışan qaynaq iddia edir ki, amma buna rəğmən Nadir Qəhrəmanov qurban vermək zorundadır. DİA.AZ-ın əldə etdiyi informasiyaya görə, bu günlərdə SDU-nun baş müəllimi Elmar Xəlilovla bağlı bir şikayət nəhayətdə diqqətə alınıb: «Həmin şikayət üzrə araşdırmalara başlanılıb. Və yadın olub ki, SDU-nun baş müəlliminə qarşı söylənilən ittihamlar həm doğrudur və həm də bu işdə rektorun özü də iştirakçıdır».

Mənbəmiz iddia edir ki, özünü gözləyən aqibətindən Elmar Xəlilov hətta «Facebook»dakı səhifəsində də ütüörtülü qeydlər edib. Bildirək ki, DİA.AZ bui şlə əlaqədar araşdırma aparır və yaxın vaxtlarda geniş materialı diqqətinizə təqdim edəcəyik.

Bizi izləməkdə davam edin.

Zəruri qeyd: Elmar Xəlilov «Facebook»da «Ramle Volilex» adı ilə qeydiyyatdan keçib ki, bu da tərsinə oxunanda elə «Elmar Xəlilov» anlamına gəlir…

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt