Əsas Səhifə > Ölkə > AVSTRALİYALI DEPUTAT DA QATIQLADI

AVSTRALİYALI DEPUTAT DA QATIQLADI


13-01-2012, 18:12
AVSTRALİYALI DEPUTAT DA QATIQLADI

O, AZƏRBAYCANIN ƏRAZİ BÜTÜNLÜYÜNÜ ŞÜBHƏYƏ ALIR

Avstraliyanın Yeni Cənubi Uels ştatı parlamentinin Yuxarı Palatasının üzvü Uolter Sekord Ermənistan silahlı qüvvələri tətəfindən işğal olunmuş ərazilərə səfər edərək Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alıb.

Bu barədə Day.Az saytı xarici mətbuata istinadən məlumat verib.

DİA.AZ-ın xəbərinə görə, oxucular müraciət edərək qanunsuz addıma cavab verilməsi ilə bağlı müraciət ediblər. Çünki Avstraliyanın regional parlamentinin üzvünün işğal olunmuş Qarabağa səfəri Azərbaycanın ərazi bütövlüyünün kobud şəkildə pozulası, Uolter Sekordun orada verdiyi bəyanatlar isə, separatizmin dəstəklənməsi anlamına gəlir.

Bildirək ki, Avstraliyanın Leyboristlər partiyasının üzvü olan Uolter Sekord 2015-ci ilədək regional orqana deputat seçilib.

Sekordun Azərbaycana, onun ərazi bütövlüyünə, həmçinin, dövlət sərhədlərinin pozulmazlığına əsaslanan beynəlxalq hüquqa qarşı açıq hörmətsizliyini nəzərə alaraq, oxucularımızı deputatın özünə ([email protected]), Yeni Cənubi Uels ştatı parlamentinə (keçiddən istifadə edərək formanı doldurmaqla), Avstraliya XİN-in həmin ştatdakı nümayəndəliyinə ([email protected]), Avstraliya XİN-in Twitter səhifəsinə, Avstraliya XİN-in rəhbəri Kevin Ruda ([email protected]) etiraz məktubları yollayaraq, Sekordun bu düşünülməmiş addımını tənqid etməyə və Azərbaycan rəhbərliyindən və xalqından rəsmən üzr istənilməsini tələb etməyə çağırırıq.

Məktubun ingilis dilində olan mətnini sizə təqdim edirik:

"Hello, Please be informed that the member of the Upper House of the New South Wales Parliament, Walter Secord, paid an illegal visit to the Nagorno-Karabakh area, which is an integral part of Azerbaijan and is now under the Armenian occupation. During his illegal visit, Mr.Secord made several statements questioning the territorial integrity of Azerbaijan. Emphasizing the unacceptability of such visits and statements, I would like to urge Mr.Secord to refrain from such steps. Mr. Secord should know that Nagorno Karabakh is an Armenian-occupied territory of Azerbaijan and this is conformed by the UNSC resolutions (822, 853, 874 and 884).

Based on the international legal norms, any visit to the Azerbaijani lands, including Nagorno-Karabakh, without Baku’s consent is considered as illegal. Australia as a member of the UN, also recognized the territorial integrity of Azerbaijan and should respect it.

In this regard, we demand a formal apology from Mr. Secord for the illegal visit to the Armenian-occupied territory of Azerbaijan and statements made there.

I also believe that officials will avoid such mistakes in the future. I hope for your understanding and response to this message in the shortest possible time.


Geri qayıt