Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MEHRİBAN ƏLİYEVADAN KÖMƏK İSTƏYİR

MEHRİBAN ƏLİYEVADAN KÖMƏK İSTƏYİR


7-09-2013, 11:38
MEHRİBAN ƏLİYEVADAN KÖMƏK İSTƏYİR
11 fevral 1981-ci ildə Sumqayıt şəhərində anadan olan Rüstəmov Elman Xanmurad oğlu 2000-ci ilin oktyabrından 2002-ci ilin aprelinədək Azərbaycan Respublikasının Silahlı Qüvvətlərində hərbi xidmətdə olub. Hərbi xidmətdə oldu müddətdə ayrı-ayrı vaxtlarda dörd aya yaxın Silahlı Qüvvətlərin Hərbi Hospitalında yatdığını bildirən Elman Rüstəmov, “hərbi xidməti bitirdikdən sonra hərbi xidmət müddətində ortaya çıxmış xəstəliklərim get-gedə ağırlaşmağa başladı. Əvvəllər atamın maddi dəstəyi ilə müalicə alır və sağlamlıq vəziyyətimi sabit saxlaya bilirdim. Lakin, atam dünyasını dəyişməsi ilə bu imkanımda aradan qalxmış oldu. Belə ki, anamın evdar xanım olması, qardaşlarımdan birinin yaşının kiçik olması, bir qardaşımın evli və II qrup əlil olması, özümün isə işləmək durumumun olmaması, ağır olan vəziyyətimi daha da ağırlaşdırdı“, - deyə söyləyib: “Mövcud vəziyyət 2006-cı ilin noyabr ayında cərrahiyə əməliyyatı ilə sol böyrəyimin götürülməsi ilə nəticələndi. Əməliyyatdan sonra 2009-cu ilədək ailəmin maddi dəstəyi ilə ildə 2 dəfə müalicə almağıma baxmayaraq qalan böyrəyimin zəif olması nəticəsində bu müalicələrin də heç bir faydası olmamışdır. 2009-cu ildən bu günədək dövlət hesabına hemodializə gedirəm. Hal-hazırda bir gözüm görmür, ayaqlarımda troplar var və tez-tez ürək getmələrdən əziyyət çəkirəm.”

Hazırda Elman Rüstəmovun xeyirxah insanların köməyinə ehtiyacı var. Bununla bağlı gənc Elman Heydər Əliyev Fondunun Prezident xanım Mehriban Əliyevaya və digər xeyirxah insanlardan onun normal həyata qayıtması üçün yardım istəyib. Elmanın böyrək transplantasiyasına ehtiyacı var və sözügedən əməliyyatın qiyməti təxminən 25-30 min manat civarındadır.

Hörmətli Mehriban Xanım

İlk növbədə mən vəziyyətdə olan bütün iman sahibi insanların Allahdan çətinliklərinin aradan qalxmasını və tezliklə sağlamlıqlarına qovuşmalarını arzuedirəm.

Bu məktubu yazarkən cavan olmam səbəbi ilə saydığım xəstəliklər məni bir anlığa utandırmışdır. Lakin imanlı insanlar olduğumuzdan hər şeyin Allahdan gəldiyini qəbul edir və Allahın rizasını qazanmaq üçün sizin və digər insanların köməyinə də arxayınıq. Bəlkə də mövcud vəziyyətimlə barışmış bir şəxs olaraq anamın göz yaşları, qardaşlarımın və bacımın təkidi olmasaydı bu məktubu yazmazdım. Fikirləşərkən sevgili Peyğəmbərimizin(s) çətin durumda olan müsəlmanların bir-birinə kömək etməli, dünya malından yalnız axirətləri üçün faydalanmalarını və bir insanı həyata qaytarmanın kainatı qurtarmaya bərabər bir əməl olmasını bizə miras qoyduğunu ağlımdan keçirdim. Məhz bu məktubu da bu duyğunun işığında yazmaq zərurətini duydum.

Bu qədər problemlərimi saymaqla bunu oxuyanları mənfi enerji ilə yüklədiyim üçün üzr istəyirəm. Ancaq nə yazıq ki, mövcud reallıq bundan ibarətdir. Sonda sizdən böyrəyimin və digər xəstəliklərimin müalicəsi üçün Sevgili Peyğəmbərimizin (s.a.v) miras olaraq qoyduğu tövsiyələri nəzərə alaraq mənə maddi dəstək olmağınızı təmənna edirəm. Ümid edirəm ki, bu dəstəyiniz sayəsində Allah dərgahında məqamınız yüksək və alınız açıq olar.
Əvvəlcədən ailə üzvlərim və öz adımdan mənə göstərəcəyiniz yardıma görə sizə minnətdarlığımızı bildiririk.
İmza: Rüstəmov Elman Xanmurad oğlu

Əlaqə nömrələri: “(055) 648- 48-16, (077) 748-48-16


MEHRİBAN ƏLİYEVADAN KÖMƏK İSTƏYİR
MEHRİBAN ƏLİYEVADAN KÖMƏK İSTƏYİR
MEHRİBAN ƏLİYEVADAN KÖMƏK İSTƏYİR
Geri qayıt