Əsas Səhifə > Hadisə > İRAN AZƏRBAYCANA BU DƏFƏ VƏBA İXRAC EDİR

İRAN AZƏRBAYCANA BU DƏFƏ VƏBA İXRAC EDİR


7-09-2013, 11:11
İRAN AZƏRBAYCANA BU DƏFƏ VƏBA İXRAC EDİR
Qonşu İran İslam Respublikasında vəba xəstəliyinin geniş yayılması bağlı məlumatlar yayılır.

SalamNews-un bölgə müxbirinin xəbərinə görə, Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyası İranda baş qaldıran xəstəliyin Azərbaycana keçə biləcəyindən ehtiyat edir. Stansiyanın direktor müavini Şair Qurbanov bildirib ki, hər bir xəstəlik müxtəlif vasitələrlə bir ölkədən digərinə keçə bilər. Vəba xəstəliyinin də müxtəlif yayılma yolları var: “Vəba qida, əsasən su vasitəsilə yayılır. Normaya cavab verməyən, təmizlənməyən sudan istifadə edilən, içməli su kəmərləri olmayan ölkələrdə insanlar daha çox vəba xəstəliyinə yoluxurlar. Bu xəstəlik İranın Azərbaycanla həmsərhəd zonasında qeydə alınsa, bunun qorxusu ola bilər. Bundan əlavə, İrandan bəzi çaylar Araza tökülür və kanallar vasitəsilə Azərbaycanın bir sıra ərazilərinə yayılır. Buna görə də qorxulu ola bilər. Amma kiminsə təmas yolu ilə bu xəstəliyə yoluxması ehtimalı azdır."

Məsələ ilə bağlı müxbirimiz Astara Gömrük İdarəsində, keçid məntəqəsində olub. Vətəndaşlar bu xəbərin şayə olduğunu və iki qonşu ölkə arasında nifaq salmaq istədiklərini deyiblər.

İrandan Azərbaycana gələn vətəndaşlar da ölkələrində hər hansı kütləvi xəstəliyin olmadığını deyiblər.

Geri qayıt