Əsas Səhifə > Ölkə > RÖVNƏQ ABDULLAYEVDƏN ABSURD BƏHANƏ

RÖVNƏQ ABDULLAYEVDƏN ABSURD BƏHANƏ


13-01-2012, 17:28
RÖVNƏQ ABDULLAYEVDƏN ABSURD BƏHANƏ

“QANUNSUZ TİKİLİLƏR NEFT HASİLATINA MANE OLUR”

Qanunsuz tikililər Azərbaycanın quru ərazilərində neft yataqlarının mükəmməl işlənməsinə mane olur. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Hüquq İdarəsinin rəisi Eldar Orucov bildirib.

Onun sözlərinə görə, xüsusən, "Binagadi oil" (Bakının Binəqədi rayonu) neft şirkətinə məxsus mədən ərazilərində yerləşən qanunsuz tikililər burada hasil edilən neftin işlənməsinə mane olur. Burada neft ehtiyatı 5 milyon tondan çoxdur.

Orucov deyib ki, ARDNŞ neft sahələri, eləcə də neft-qaz kəmərləri zonasında qanunsuz tikililərin sahibləri ilə fəal iş aparır.

Hazırda ARDNŞ fiziki şəxslərlə iş aparır. İlk növbədə, tikintisi başa çatmayan və hələ məskunlaşmayan obyektlərlə bağlı tədbirlər görülür. Bu onunla bağlıdır ki, qanunsuz tikilinin inşası başa çatacağı və orada məskunlaşma olacağı təqdirdə, ARDNŞ məhkəməyə müraciət etmək məcburiyyətində qalır. Bu da ARDNŞ-yə məxsus ərazilərin azad edilməsi prosesini yubadır.

"Bütün bunlar yerlərin mühafizəsinin təmin edilməsi və məhkəmə prosedurları üçün böyük vəsaitlər tələb edir", - Orucov qeyd edib.


Geri qayıt